Icma.az
close
up
RU
95 illiyi münasibətilə “Daşkəsən Kənd Təsərrüfatı Məhsulları Festivalı” keçirilib

95 illiyi münasibətilə “Daşkəsən Kənd Təsərrüfatı Məhsulları Festivalı” keçirilib

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Daşkəsən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, “AzerGold” QSC-nin dəstəyi ilə Daşkəsən rayonunun yaradılmasının 95 illiyinə həsr olunan “Daşkəsən Kənd Təsərrüfatı Məhsulları Festivalı”, eyni zamanda Aqrar İnnovasiya Mərkəzinin təşkil etdiyi “Aqrar Biznes Festivalı” Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində böyük izdihamla reallaşıb.

Festivalda Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov, Kənd Təsərrüfatı Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin, “Daşkəsən Dəmir Filiz” MMC-nin məsul əməkdaşları, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, fermerlər, sahibkarlar, minlərlə rayon sakini və turistlər iştirak ediblər.

Festival Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Açılış mərasimində çıxış edən Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov əvvəlcə bütün rayon sakinlərini əlamətdar gün münasibətilə təbrik edib, festivalın təşkil olunmasında əməyi keçən hər bir kəsə təşəkkürünü bildirib. Qeyd edib ki, 95 il öncə yaradılan Daşkəsən rayonu ötən illər ərzində zəngin təbii sərvətləri, yüksək mədəni dəyərləri və zəhmətkeş insanları ilə Azərbaycanın önəmli bölgələrindən birinə çevrilmişdir. Daşkəsəndə kənd təsərrüfatı təkcə iqtisadi sahə deyil, həmçinin milli ənənələrimizin, ailə dəyərlərimizin yaşadıldığı müqəddəs həyat tərzidir.

Orxan Abbasov vurğulayıb ki, Daşkəsən rayonunun bütün sahələr üzrə inkişafının əsasında Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevanın Daşkəsən rayonuna hər zaman göstərdikləri diqqət və qayğı dayanır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən layihələr, dağ-mədən sənayesinin, habelə kənd təsərrüfatının, turizmin inkişafına yönəlmiş dəstək proqramları rayonun sosial-iqtisadi potensialını daha da artırır və sakinlərin həyat səviyyəsini yüksəldir. Eyni zamanda daşkəsənlilər daim böyük hörmət və ehtiramla Ümummilli Lider Heydər Əliyevin xatirəsini anır. Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycan inkişaf edir və bu inkişafın nəticəsində Daşkəsən rayonunda da hər il yeni-yeni uğurlara imza atılır.

Ailə kəndli və fermer təsərrüfatlarının inkişafını təşviq etmək, yerli istehsalçıların məhsullarını tanıtmaq və ekoloji təmiz qida məhsullarını daha geniş kütləyə nümayiş etdirmək, həmçinin heyvandarlıq, arıçılıq, qurudulmuş və təzə dərman bitkiləri, dağ-meşə meyvələri, tərəvəz, ət və süd məhsulları, o cümlədən digər kənd təsərrüfatı sahələrinin inkişafına dəstək məqsədi daşıyan festivalda iştirakçılar birbaşa istehsalçılardan alış etmək imkanı əldə ediblər. Əl işlərindən ibarət sərgi-satış yarmarkası, habelə folklor çıxışları, “Dadlı Daşkəsən” guşəsində milli mətbəx nümunələrinin təqdimatı, uşaq və yeniyetmələr üçün əyləncə və idman proqramları rəğbətlə qarşılanıb. Festival təntənəli konsert və atəşfəşanlıqla başa çatıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 21 İyul 2025 08:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see256

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see175

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see159

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see149

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see147

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see143

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see137

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see136

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see136

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see134

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri