Icma.az
close
up
RU
A F A Q N Ə B İ Q I Z I 75

A F A Q N Ə B İ Q I Z I 75

Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.

23 dekabr - ömür təqviminin otuz ikinci baharında dünyasını dəyişmiş yazıçı Afaq Nəbiqızının doğum günüdür. İşıqlı xatirəsini ehtiramla, rəhmətələ yad edirik!
AFAQ NƏBİQIZININ QEYBDƏN GƏLƏN SƏSİ
“Əlində inləyən tar nakam bir məhəbbəti aləmə car çəkirdi. Vaxtsız itirdiyi, amansız ölümün yarımçıq qoyduğu Afaq ömrünün fəryadıydı bu inilti, bir də...həsrətdən qovrulan türk kişisinin utanıb-çəkinmədən gözlərindən gilənənən duzlu göz yaşlarının dadına azacıq şirinlik gətirmək istəyindən yoğrulmuşdu bu inilti. Amma bu inilti sərinlik gətirmədi Səyadulla müəllimin qəmdən, kədərdən yoğrulan nisgil təşnəsinə...Yumulu gözlər indi öz aləmində idi-onunla keçirdiyi, çətin anlarda dərdini böldüyü,boy-buxunundan, qədd-qamətindən,gözəlliyindən qürrələndiyi,baxdıqca doymadığı onlu aləmində.Bu aləmdən, əlində bərk-bərk sıxdığı tarından Səyadulla müəllimi heç kim və heç nə ayıra bilməzdı bu məqamda ”.
Bu fikirləri qələm dostumuz-yazıçı, filoloq-alim Səfər Kəlbixanlı Azərbycanın dilbər guşələrindən biri olan Yardımlı rayonunun ziyalılarından-onların həyat yolundan, uğurlarından, bütövlükdə respublikamızın çiçəklənməsi üçün gördükləri müxtəlif istiqamətli işlərindən söhbət açdığı ”Sənsiz günlərim” (1997) adlı kitabında “Kərimli Səyadulla” oçerkində yazıb.
Bu yanğılı ovqat, vaxtilə ədəbiyyatımızın, mənəvi irsimizin, poeziyamızın, sözün geniş mənasında Sözümüzün dərsini aldığım hörmətli müəllimim, dostum, yazıçı, publisist Səyadulla Kərimlinin Afaq Nəbiqızı itkisini özündə ehtiva edir...
Afaq Nəbi qızı Cavadova 1950-ci il dekabrın 23-də Ağcabədi rayonunda anadan olmuşdur. Uşaq ikən ailəsi Beyləqan rayonuna köçmüşdür. Beyləqandakı 1 saylı şəhər orta məktəbi, 1975-ci ildə isə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir. Beyləqan 1 saylı şəhər və Yardımlı rayonunun Hamarkənd kənd orta məktəbində ədəbiyyat müəllimi işləyib. 1983-cü il mayın 6-da Bakıda vəfat etmişdir. Beyləqan rayonunda dəfn olunub.
Afaq xanım Səyadulla müəllimin həyatından fiziki baxımdan ayrılsa da, onlar metafiziki bağlarla yenə birgədirlər. Ədəbi yolda da... Afaq Nəbiqızının “Qeybdən gələn səslər” adlı ilk kitabının ölümündən sonra, Səyadulla müəllimin təşəbbüs və səyi ilə içıq üzü görməsi və müəllifi olduğu, kiçik yaşlı məktəblilər üçün nəzərdə tutulmuş “Sarıcanın macəraları” adlı nağıl-povestin nəşrə hazırlanması dediklərimə əyani sübutdur.
Müxtəlif mövzularda yazılmış hekayələr və “Həmin sentyabr səhəri” adli povest daxil edilmiş “Qeybdən gələn səslər” kitabı 1990-cı ildə “Yazıçı” nəşriyyatı tərəfindən çapdan buraxılıb. Kitabın “Ön söz” müəllifi Cavad Zeynal mərhum yazıçını təəssüf hissi ilə oxuculara belə təqdim edir: “Afaq Cavadova dünyaya söz demək üçün gəlmişdi, lakin o sözünü deyə bilmədi. Bu deyə bilməmək o biri deyə bilməməkdən deyildi. Yəni bu, onun özündən asılı olmadı…”
Hesab edirəm ki, S.Kərimli ilə A.Nəbiqızının yaradıcılığına da ayrı -ayrılıqda deyil, küll halında baxılmalı, ədəbi kontekstdə baxış müvazi, paralel olmalıdır.
Mərhum ədibimizin bədii sözü, əsərlərindəki sənətkarlıq xüsusiyyətləri, bütövlükdə yazıçı taleyi haqqında S.Kərimlinin fikrinin daha səmimi, daha dolğun, eləcə də baxış və yanaşma yöndən mənə məhrəm olduğunu nəzərə alıb müəllimimə istinad etmək istəyirəm .
S.Kərimli Afaqsız Afaqın 60 illik yubileyi ilə əlaqədar olaraq yazdığı, qəmli notların hakim kəsildiyi “O əsl qələm sahibi idi…” adlı məqaləsi (noyabr, 2011-ci il)ilə dünyasını vaxtsız dəyişmiş mərhum yazıçı Afaq Cavadovanı anmaqla, həm də onun ədəbi irsinə işiq tutur: “Keçən əsrin 80-ci illəri Azərbaycan ədəbiyyatı tarixində öz yeni dəst-xətti, yeni yazı manerası ilə seçilən xeyli gənc yazıçı bəxş elədi ki, onlardan da biri mərhum ədibimiz Afaq Nəbiqızı (Afaq Cavadova) idi. Lakin taleyin amansız əli ona çox tez, istedadının təzə-təzə çiçəkləndiyi, sənətə ilk addımlarını atdığı bir vaxtda uzandı; dünyasını çox erkən dəyişdi. ... Cəmi 32 il ömür yaşadı. Əgər sağ olsaydı bu günlər onun altmış yaşı tamam olacaqdı.
Sağlığında - ölümündən qabaq dövri mətbuatda cəmi bir neçə hekayəsi dərc olunmuşdu. Ancaq bu hekayələr onun gələcəyin böyük yazıçılarından olacağından xəbər verirdi...
İlahi bir istedad, talant, təxəyyül vardı Afaqda. Bizim gündəlik müşahidə etdiklərimiz, gördüklərimiz, bəzən də belə desək, “görə bilmədiklərimiz” adi həyat həqiqətlərini o, elə duyub qavrayırdı, yaradıcılığında onları detallarına, incəliklərinə qədər elə təsvir edirdi ki, oxucu istər-istəməz bu “xırdalıqlar”, “əhəmiyyətsiz hesab etdiyimiz hadisələr” fonunda böyük ictimai bəlaların əsl mənbəyinin, kökünün şahidi olurdu…
Afaqın yazılarının ruhunda bir qeyri-adi müəllif özünə məxsusluğu vardır. Konkretlik, yığcamlılıq həm də bu müəllif özünəməxsusluğu tamamlayır. Təbii ki, bunlar həmin əsərlərin oxunaqlığını bir az da artırır, onları daha da rəvanlaşdırır və yaddaqalan edir.
Yuxarıda sadalanan məziyyətləri həm də Afaqın uşaqlar üçün yazdığı povest, hekayə və nağıllara da şamil etmək olar. Bu əsərlərin ideya, məzmun və qayəsi bəşəri xarakter daşıdığından, deyərdim ki, ondan dünyanın bütün uşaq və yeniyetmələri bəhrələnə bilər”.
S.Kərimlinin Afaq xanımın yaradıcılığının məziyyətləri haqqındakı qeydlərini eynilə özünə də şamil etmək olar. Bu da təbiidir. Axı onların “xəmiri bir yoğurulub.”
Afaq itkisinin acıları ilə üz-üzə qalan Səyadulla müəllim göyüm- göyüm göynərtilər közündə qovrula - qovrula yazır: “Afaqı... üçüncü uşağımız dünyaya gələrkən itirdim…
Deyirlər insanın həyatı qəribəliklərlə doludur. Bu qəribəliklər Afaqın da həyatından yan keçməyib. Anası dünyasını dəyişəndə onun beş, kiçik bacısının isə iki yaşı olub. Afaq da həyatdan köç edəndə böyük qızının beş, kiçiyininsə iki yaşı vardı. Anası da may ayının altısında torpağa tapşırılıb, Afaq da mayın altısında dəfn olundu...
Ölüm ayağında Afaqın güclə eşidilən son sözü, son kəlməsi, son pıçıltısı indi də qulaqlarımda səslənir: “Aynur məni soruşur?..”
Afaq əsil insan, böyük fəzilət sahibi idi. Yaxşı həyat yoldaşı olmaqla yanaşı, sədaqətli, etibarlı, qayğıkeş, mehriban bir dost idi. Səmimi etiraf edirəm ki, keçən bu illər ərzində mən təkcə həyat yoldaşımı deyil, həm də əziz dostumu itirmiş oldum…”
Səyadulla Kərimlinin ürək yanğısı ilə yazdığı bu sətirlədən ülvi məhəbbətin fonunda xisləti xaliqə məhəbbət, xilqətə mərhəmətdən yoğurulan, məslək və amalı ülvi dəyərlərədən qaynaqlanan Afaq xanımın işıq saçan ömrü boy göstərir.
Leonardo da Vinçinin təbirincə desək: ”Mənalı yaşanmış hər bir ömür uzun ömürdür”.
Səyadulla müəllim ötən çağların xiffətitindən qəhərlənə-qəhərlənə Afaqlı günlərini yada salır:
-Gözəl gənclik çağlarımız idi. Tez- tez meşələrə, çay qırağına, bulaq başına, bir sözlə, kəndimizin görməli yerlərinə gəzməyə çixardıq. Gəzməkdən doymazdıq. Bədahətən deyilmiş aşağıdakı misralar da həmin günlərdən, anlardan yadigar qallıb:

Sərin-sərin səmasından meh əsdi,
Sürü keçdi, çoban yaman tələsdi.
Bir səs gəldi, dönüb baxdım, vələsdi,
Yardımlının qucağında dil açıb...

Ümumxalq dilinin zənginliklərini bilmək, incəliklərinə bələd olmaq və ondan istifadə bacarığı bədii yaradıcılığın mühüm tələblərindəndir ki, bu məziyyətlər qoşa qanadın –Səyadulla Kərimli və Afaq Nəbiqızının yaradıcılığında özünü bariz şəkildə göstərir.Milli düşüncə və duyum yaddaşı hər iki qələm sahibinin söz boxçasındakı büllurlaşmış nümunələrin mayasına hopmuşdur ki, burada yazıçı fəhmiylə hadisələrin ictimai mahiyyətinə varılır və fikir canlı nitq vahidi ilə zinətləndirilir, xalq ifadəsi ilə rövnəqləndirilir.
Qeyd edim ki, bu yazıda məqsədim heç də Səyadulla Kərimli və Afaq Nəbiqızının ədəbiyyatımızda yerini, mövqeyini müəyyənləşdirmək deyil; bu, sadəcə olaraq mənəvi ehtiyacdan doğan könül işi, böyük yunan filosofu Əflatunun qədimliyi qədərincə müasir səslənən ”Atam məni göydən yerə endirdi, müəllimim isə yerdən göylərə qaldırdı” müdrik kəlamının ehtiva etdiyi fikrə rəğmən öz düşüncələrimi qələmə almaq istəyim, rəğbət hissimi bildirmək üçün bir cəhddir...

İllərin axarı axır su kimi.
Bulanıq sular da axı durulur...
Ötən günlərindən peşmansa kimi,
Səninsə hər günün qürur doğurur.

Dünyanın təzadlı-ipək, tunc üzünə bələd, bununla belə ifrat dərəcədə sadə, duyğulu, humanist...fəzil xislətə malik olan S.Kərimli idrakının işığını, ürəyinin hərarətini öz yazıçı kredosu ilə sözə köçürməkdədir, Afaqsiz Afaqla... Axı Səyadulla müəllim, sən ki bələd bu dünyaya...
Afaq xanım Səyadulla Kərimlinin təkcə həyatında deyil, ədəbi taleyində belə silinməz iz qoymuş, qəlb yaddaşında kədərlə sevincdən yoğrulmuş hissə, duyğuya, xəyal həmsöhbətinə, röya səhnələrinin baş qəhramanına, əndişəli günlərində mənəvi ümid rəmzinə...ruhuna hopmuş ilahi sevgiyə dönmüşdür...

✍️Tapdıq ƏLİBƏYLİ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:97
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 23 Dekabr 2025 10:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sinan Ayyıldız: Saz Türk dünyası musiqisinin fortepianosu kimidir

26 Avqust 2026 18:05see328

ABŞ nin sanksiyaları iqtisadi terrorizmdi SƏFİR

26 Avqust 2026 22:40see288

Birinci vitse prezident Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib

26 Avqust 2026 16:22see274

Futbolun insanları birləşdirmək gücünə sahib olduğuna qəti şəkildə inanırıq FİFA dan UEFA nın boykotdan imtinasına reaksiya

27 Avqust 2026 00:07see272

Bakıda SALAM Beynəlxalq Kino Festivalının ikinci günü: çəkilişlər və səmimi söhbət (Foto)

26 Avqust 2026 16:51see266

Trampın İranla bağlı çağırışının arxasında nə dayanır? AÇIQLAMA

26 Avqust 2026 11:30see262

İrəvan KTMT dən çıxsa, həssas vəziyyətə düşəcək

26 Avqust 2026 09:11see258

Məktəbə hazırlıq təkcə geyim, çanta, dəftər deyil: Psixoloqdan valideynlərə məsləhətlər

26 Avqust 2026 20:02see243

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see241

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see237

18 yaşadək uşaqlarda şiş diaqnozları kəskin artıb RƏSMİ

26 Avqust 2026 19:04see233

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see230

“Bakıya uçuş”: Həftəsonu gələcəyi birgə duyaq

26 Avqust 2026 13:14see228

Hipertoniyadan qorunmaq üçün qidalanmada bu 2 məhsulu azaldın

26 Avqust 2026 22:02see227

ABŞ dan yeni SANKSİYALAR növbə italyanlara çatdı...

27 Avqust 2026 00:08see220

Ət, süd, yumurta və balda yeni dövlət standartları tətbiq olunacaq

26 Avqust 2026 18:38see215

ABŞ da təəccüblü araşdırma! Bu peşələrdə çalışanların xərçəng riski daha yüksəkdir

26 Avqust 2026 21:42see215

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see185

“Bitcoin”in qiyməti 78 min dollara endi

26 Avqust 2026 19:18see180

İran “düşmən media”nı Tehranın hərbi hədəfi elan etdi

27 Avqust 2026 00:08see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri