Icma.az
close
up
RU
YENİ NƏŞR E ş q n a m ə

YENİ NƏŞR E ş q n a m ə

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Poeziyasına ilahi eşq hakim olan həkimin könülləri feyz şəbnəmlərinə qərq edən “Eqnamə”sinin ovqatında

Oxucunu özünə ahənrüba kimi cəzb edən “Eşqnamə”nin ilahi eşq təlqinləri ovqatında bəndə bu beytə bənd olub:
Bir könüldən min könülə,
Aşiq olan gələr dilə...

Bu şehli, duyğulu misraların ədəbi mehi, əsintiləri düşünürəm ki, Haçı Çingiz Ərəblini dilə gətirən eşqin izharı, müəllifi olduğu “Eşqnamə”nin ədəbi formuludur.
Dünya ədəbiyyatının poeziya zirvələrindən olan, mütəfəkkir, eşqin ilahi şairi Nizami Gəncəvininn təbirincə
Eşqdir məhvəri uca göylərin,
Eşqsiz ey dünya, nədir dəyərin?!

Mövlana Cəlaləddin Rumi isə “Eşq sandığın qədər yox, yandığın qədərdi” deyirdi. O da ola ilahi eşq...
Çingiz Ərəblinin “Eşqnamə”si mövzu səciyyəsinə görə, Quran qissələri, səmavi kitab təlmihləri, folklor örnəkləri, fəlsəfi-teoloji baxışlar, elmi-nəzəri biliklər fonunda şərtlənir ki, bu vəhdət şair təxəyyülünün zənginliyində mənəvi dünyamızı fejz şəbnəmlərinə qərq etmək özəlliyində olan poetik çalarlarla süslənib. Elə mən də bu ovqatda düşüncələrimi dilə gətirmək istərdim. Əvvəla, qeyd edim ki, ixtisasca həkim olan İbadullayev Çingiz Əlisahib oğlunu şair kimi çoxdandlr ki, tanıyıram. İllər öncə Həcc ziyarətində olub. Çingiz Ərəbli imzası ilə “Sevdalıyam” (2004) və “Görüşdük təsadüfən” (2006) kitabları nəşr olunub. Onun ifadə tərzi təbii, fikirləri səmimidir. O, hadisələri poetik çalarlara boyamağı ustalıqla bacarır. Ən ümdəsi isə odur ki, şeirlərin qayəsi ictimai fikir kimi səslənə bilir.
Teoloji baxışlara görə, Tanrı dünyanı öz sevgisinin “marağına” yaradıb; sevə-sevə yaradıb. Dünyanın, kainatın nizamı sevgi üstündə qərar tutub. Yol getdiyin yerdə bir də baxıb görürsən ki, sərt “örtükdən” cücərti günəşə boy göstərmək istəyindədir. Bu, təbiətin sevgidən doğan bir məqamıdır. Sevgi məqamına bağlanan poeziya da belədir. Çingiz Ərəblinin poeziyası məhz bu qəbildəndir. Poeziyasının məhvərində xaliqə məhəbbət, xilqətə mərhəmət, yurda bağlılıq, xalqa, Vətənə sonsuz məhəbbət ülviyyəti duran həkim-şairin həyat qayəsi insanlığa sevgi məqamındadır.
Şeirlərini oxuduqca görmək olur ki, Çingiz Ərəbli bəzən özü ilə baş-başa qalmaqdam məmnundur. Ruh adamının, könül adamının öz dünyasına çəkilməsi heç də tərki-dünyalıq yox, dünyanın subyektiv qismdə solğunlaşması, arzu- istək, ülvi dəyərlər fonunda təzadlarla üz-üzə qalmaqdan qaynaqlanır. Təbii ki, bu baxışın özülü insanlıq həqiqətinə, haqqa dayaqlanır.
Çingiz Ərəblinin şeirlərində poetik baxışın əhatə dairəsi geniş və rəngarəngdir. Bu poeziya milli və bəşəri dəyərləri tarixi və çağdaş kontekstində assosiasiya aparmaqla təqdim edir. Şübhəsiz ki, bu cəhət şairdən məharət və təcrübə tələb edir.
Vaxtın bərəkətdən düşən vaxtında, texniki yüksəlişin sürətlə getdiyi bugünkü industrial dünyada, atomdan çox-çox kiçik və ya subatom hissəciklərdən ibarət olan sistemlərin davranışlarını modelləşdirmək və təxmin etməkdə istifadə olunan kvant fizikasından pasiyentlərə gen məlumatlarına əsaslanan diaqnoz qoyulmasında istifadə olunan səviyyəyədək hər bir sahədə tətbiq olunan süni intellekt dövründə belə bir əsərin yazılması hansı zərurətdən doğur və buna nə dərəcəcədə ehtiyac duyulur?
Əxlaqi gözəllik və mənəvi təmizliyi özündə ehtiva edən bədii təfəkkür örnəklərinə, poetik nümunələrə mənəvi aləmi zənginləşdirmək baxımından hər zaman ehtiyac duyulur.
Onu da qeyd edək ki, zaman - zaman Qurani-Kərim və ayrıca olaraq Quran qissələri bədii fikrin istiqamətlənməsində mühüm rol oynamışdır. Belə ki, divan ədəbiyyatımızın özülçüsü Qazi Bürhanəddinin, Azərbaycan türkcəsində yaranmış fəlsəfi şerin tacdarı Nəsiminin, Azərbaycan dövlətçiliyi tarixində misilsiz xidmətləri olan hökmdar-şair Şah İsmayıl Xətainin və klassik ədəbiyyatımızın zirvəsində dayanmış Məhəmməd Füzulinin ədəbi irsində bu cəhət misilsiz mənəvi-bədii dəyərləri, əxlaqi-didaktik əhəmiyyəti ilə özünü qabarıq şəkildə göstərir.
Səhərin al şəfəqləri nura boyayır cahanı, günəş təbəssümün sanki qönçələrə süzür. Zaman öz axarındadır. Bu axarsa hər məqamı öz vədəsində salamlayır. Artıq üfüq boyu sanki tonqal qalanıb. Yavaş-yavaş bu şölə incəlir. Ay işığında yer üzü sanki süd gölünə bənzəyir. Göy üzünü bəzəyən, sayrışan ulduzlar gecənin qoynunda sanki bir cilvədədir. Sabaha yol başlanır… Beləcə, bu əsrarəngiz dünya öz gərdişində, öz nizamındadır. Bu əzəli-əbədi nizamın ədəbi inikası olan bir ədəbiyyat nizamı, söz nizamı da var. Hansı ki, mənəvi təlimi bütün zamanlar üçün orijinallığını hifz edən mütəfəkkir şair, könüllər sultanı Mövlana Cəlaləddin Rumi bu məqamı bənzərsizcəsinə belə dəyərləndirir: “Şeir halal olan sehrdir”. Təkrarsız müqayisədən doğan müdrik bir qənaət... Axı söz özü də bir sehrdir. O söz ki, əsrlərin o üzündən üzü bəri duyğularımıza ayna tutub, ruhumuzun təsəllisinə, iç dünyamızın həmdəminə dönüb. Poetik ovqata qatılanlar mənən saflaşıb, misraların axarında durula-durula bir üzü tunc, bir üzü ipək dünyamızın gerçəkliklərini hiss-idrak süzgəcindən keçirərək, “məndə mənini” arayıb. Mənəvi dünyamızın tükənməz enerji mənbəyi olan sözün (əsrarəngiz bədii - “nizamlı” söz - şeir) işiğında yol gəliblər və yol gedirik sözün heyrətinə bələnə-bələnə.
Bir həqiqət də var: mənəvi dünyamızın aynası, ruhumuzun tərcümanı sayılan poetik söz dünyasının işığına üz tutan söz pərvanəsinin özü də işığa dönür. İşıq isə bəlli olan həyat ünsürlərindən biridir. Bu əzəli-əbədi həqiqəti dərk edən, sözə könül verən söz ziyarətçisi kimi sözə üz tutmağın ilkinliyi görən haradan və necə başlayır? Şeirin əzəli təcəllisi hansı qaynaqdan intişar edir?.. Bu ritorik suallarla “Eşqnamə”nin ” qutsal ab-havasında bir daha duyğulanıram, misra -misra şeir-şeir...
Qutsallıq havasına köklənən bədii söz müəllifin dərkindən keçən məqamların təzahürü, bədii təxəyyülün rənginə boyanan gerçəkliyin inikasıdır.
Yaşanmış duyğu və düşüncələr mənəvi ab-havanın ovqatı kimi səciyyələnir. Bədii təfəkkürün süzgəcindən keçirilən yaşantılar obrazlı ifadələrlə sərgilənir, İLAHİ sevgi misra-misra, söz-söz şeirin təlqin aurasına sirayət edib. Təbii ki, bu cəhəti səciyyələndirən əsasən şairin həyat qayəsi və ədəbi xislətidir.
Təbii ki, müəllifin poetik istedadının aynasına çevrilən, dərin poetik ümumiləşdirmə bacarığı, obrazlı təfəkkür genişliyi, zəngin bədii-fəlsəfi məfkurəsini özündə əks etdirən poetik çalarlar da özünəməxsusluğu ilə diqqət çəkir.
Həm fəlsəfi mahiyyətinə, həm də söz sənəti məziyyətinə görə dolğun olan bu poemada Ulu Yaradanın sonsuz hikmət və qüdrəti, dünyanın, kainatın, Yer kürəsinin yaradılışı, İslam dininin müjdəçisi Məhəmməd Peyğəmbərin mövludu, həyatı və ilahi missiyası, eləcə də imamətin islam dünyasında rolu poetik incəliklə, özəlliklə təsvir edilib.
Məmnunluqla qeyd edim ki, poemada məharətlə fabula sərgiləmək, süjet xəttində maneralar, maraqlı xarekter yaratma üsulları dolğun şəkildə təzahür edir. Çingiz Ərəbli hadisələrin təsvirini elə səpkidə qələmə alır ki, obrazlı desək, sanki torpağı yumşaldıb əkin üçün yararlı vəziyyətə gətirir... Təbii ki, bu məziyyət şairdən böyük səriştə, zəngin təxəyyül, dərin bilik, sərrast müşahidə qabiliyyəti tələb edir.
Əslində şeir duyğuların dilidir. Duyğuların dilə gəldiyi məqamlardır. Düşünürəm ki, könüllərə feyz şəbnəmləri səpmək duyğusallığı yaşadacaq söz fəsahəti ilə baş-başa qalmağa dəyər.
İnanaırıq ki, “Eşqnamə” minillik ədəbiyyatımızın poeziya havasına qarışmaqla çağdaş ədəbi mühitimizdə dan yerini şəfəqləndirən günəştək nurlanacaq, qutsql qayəsi ilə bəşərin əzəli-əbədi ülviliiklərini oxucu düşüncəsində məhrəm duyğulara çevirəcək.
Tapdıq Əlibəyli
Şair-publisist, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 12 Mart 2025 23:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vyanada “Avroviziya” təmsilçimizi dəstəkləmək məqsədilə Azərbaycan Günü təşkil olunub

12 May 2026 02:12see263

Almaniya ABŞ dan “Tayfun” və “Tomahawk” almaq müraciətini nəzərdən keçirir

12 May 2026 02:57see215

9 nəfərdə hantavirus aşkarlanıb ÜST həyəcan təbili çaldı...

12 May 2026 03:05see202

Sökülən binalara görə kompensasiya nə qədər olmalıdır? 1500

12 May 2026 02:09see199

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

12 May 2026 02:29see192

“Milan”ın baş məşqçisi istefaya göndərilə bilər

12 May 2026 01:57see187

Azərbaycan Avropa Şurasına üzvlük haqqını ödəyib AŞ PA İLƏ MÜNASİBƏTLƏR DÜZƏLƏCƏKMİ?

12 May 2026 12:47see179

Sumağın bilmədiyimiz 20 möcüzəvi FAYDASI

13 May 2026 01:03see177

Bayramla bağlı pensiya və müavinətlərin verilmə vaxtı bilindi

13 May 2026 12:20see174

Üç teleaparıcını hökumət sözçüsü təyin etdi

12 May 2026 05:03see171

Bakının bu kəndində həyət evlərini çömçəquyruqlar basdı VİDEO

13 May 2026 03:20see170

Samsunda aramsız yağışlar daşqına səbəb olub

13 May 2026 00:45see168

Sərnişinlər Dərnəgül dən 28 May a birbaşa gələ bilməyəcəklər

13 May 2026 08:35see168

Britaniya Hörmüz boğazı üzrə 40 ölkənin müdafiə nazirlərini toplayır

12 May 2026 03:48see159

Nənələr üçün 2026 cı ilin ən yaxşı 26 hədiyyəsi İllərlə seviləcək seçimlər

13 May 2026 02:00see157

Madyar Baş nazirin iqamətgahına köçməkdən imtina edib

13 May 2026 12:13see151

İmtahansız ikinci ali təhsil almaq istəyən şəxslər nələri bilməlidir? EKSPERT DANIŞDI

12 May 2026 17:32see148

Ginnes rekorduna düşən təbiət möcüzəsi: dəqiqədə 20 30 ildırım çaxır

13 May 2026 02:56see148

Şəhidin məzarı doğma kəndinə köçürüldü

12 May 2026 04:04see148

“Bunu hüquq müstəvisində həll edəcəyəm” Nəriman Əbdüləliyev işdən çıxarılıb?

13 May 2026 06:39see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri