A Seriyasında yeni baş məşqçi təyinatı reallaşır
Icma.az xəbər verir, Fanat saytına əsaslanaraq.
"Sassuolo" tezliklə Alberto Akvilaninin komandanın baş məşqçisi təyin olunduğunu açıqlayacaq.
Fanat.Az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano sosial media hesabı üzərindən tərəflər arasında artıq razılıq əldə edildiyi barədə məlumat yayıb.
Mənbənin məlumatına görə, 41 yaşlı mütəxəssislə müqavilə 2028-ci ilin iyun ayına qədər davam edəcək. Bu vəzifədə Akvilani mövsümün sonunda klubdan ayrılan Fabio Qrossonu əvəz edəcək.
İtaliyalı məşqçi hazırda "Katandzaro"nu çalışdırır. Onun komandası 2025/26 mövsümündə B Seriyasında beşinci yeri tutaraq elit diviziona yüksəlmək üçün pley-offa vəsiqə qazanıb. Həlledici matçda "Katandzaro" "Montsa" ilə qarşılaşıb, lakin A Seriyasına vəsiqə qazana bilməyib.
"Sassuolo" ötən mövsümü A Seriyasında 11-ci yerdə başa vurub.
Baxış sayı:198
Bu xəbər 07 İyun 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















