A Seriyasında yenilik: Aşağı liqaya enənlərə maaş kəsintisi
Icma.az bildirir, Apasport saytına əsaslanaraq.
İtaliya Futbol Federasiyası A Seriyası təmsilçiləri il bağlı yeni qərar qəbul edib.
Apasport.az xəbər verir ki, A Seriyasından B Seriyasına enən komandaların futbolçularının maaşı 25% azaldılacaq.
Bu haqda "La Gazetta dello Sport" nəşri məlumat yayıb.
Qərarda qeyd edilib:
"İtaliya A Seriyasında futbolçuların kollektiv müqaviləsinin 5.2-ci maddəsinin 7-ci bəndinə əsasən, komanda B Seriyasına düşdükdə oyunçuların maaşı avtomatik olaraq 25% azalır. Bu zaman maaşın yenidən hesablanmış məbləği, futbolçunun yaş kateqoriyasına uyğun olaraq müəyyən edilmiş minimum həddən aşağı olmamalıdır."
"Bu maaş azaldılması, komandanın aşağı liqaya düşdüyü mövsümün dərhal ardından qüvvəyə minir və klub yenidən A Seriyasına yüksələnədək qüvvədə qalır. Komanda A Seriyasına qayıtdıqda isə futbolçunun əvvəlki maaş səviyyəsi bərpa olunur."
"Bununla yanaşı, yeni qayda klublara və futbolçulara klubun iştirak etdiyi və ya edəcəyi yarışlara əsasən fərdi müqavilələrdə maaşı dəyişdirmək imkanı verir. Yəni maaş daxili və beynəlxalq turnirlərdə iştirak vəziyyətinə görə dəyişə bilər".
Qeyd edək ki, qərar rəsmi olaraq 2 sentyabr 2025-ci ildən qüvvəyə minəcək.
Tonali İtaliya yolunda "Liverpul" İngiltərə millisinin müdafiəçisini istəyir "Liverpul"dan "Lion"a - RƏSMİ "Fənər" - "Feyenoord" matçı bu kanalda Portuqaliya millisinin sabiq üzvü vəfat edib
