Icma.az
close
up
RU
“AAAF Park”da qanunsuz tikinti işləri aparılır:Qanunsuz tikilmiş obyekt kimindir? FOTO / VİDEO Yeni Gündəm

“AAAF Park”da qanunsuz tikinti işləri aparılır:Qanunsuz tikilmiş obyekt kimindir? FOTO / VİDEO Yeni Gündəm

Icma.az, Yenigundem portalına istinadən məlumat verir.

Son zamanlar “AAAF Park”-da qanunsuz tikinti davam etdirilir adlı məqalələr mətbuatın manşetini tez-tez bəzəməyə başlayıb. Xırdalanda yerləşən həmin məşhur yaşayış kompleksinin qarşısında davam etdirilən qanunsuz tikinti işləri çox sürətlə aparılır. Necə deyərlər, lap ildırım sürəti ilə.Mətbuatın gündəmdə saxladığı bu mövzu daha çox aktuallığını ona görə itirmir ki,”AAAF Park” yaşayış kompleksinin girişində Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa etmək qərarına gəliblər. Obyektin sahibinin kimliyi müəyyən olmasa da iş icraçısı Namiq Məmmədov ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunan güşənin yerində obyekt tikilməsini daha çox məqsədli hesab edir. O, mətbuatda gedən yazılara birmənalı olaraq cavab verir ki , tikintinin davam etdirilməsi üçün aidiyyatı orqanlarla “anlaşllıb”. Buradan sual yaranır ki , Namiq Məmmədov kiminlə necə “razılaşıb “. Hər -halda bu sualın cavabını özü yaxşı bilir. 

“Yeni Gundem” xəbərt verir ki, Namiq Məmmədovun nəzarət etdiyi idarə tikinti işləri o qədər sürətlə aparılır ki , hətta ərazi  hasarlanaraq gecə-gündüz tikinti aparılır. Bu isə həmin ərazidə yaşayan sakinlərin ciddi narazılıqlarına səbəb olub. Sakinlərin mətbuat nümayəndələrinə verdiyi məlumatlarda o da əks olunub ki , obyektin tikildiyi ərazidə bir neçə şam ağacı gecə saatlarında  kəsilib.

Ağacdan söz düşmüşkən burada Ümummilli liderimizin məşhur bir sitatını xatırlamaq yerinə düşər: “Mən 1993-cü ildə Bakıya gələrkən bizim əkdiyimiz, be­cərdiyimiz bəzi ağacların kəsilməsini görərkən elə bildim ki, məni yaralayıblar. Mən dəfələrlə demişəm, bir də deyirəm, kim hansı bir sağlam ağacı kəsirsə, hesab edin ki, o, mənim qolumu, barmaqlarımı kəsir…. İnsan qurmalıdır, yarat­malıdır… hər bir insan ağac əkməlidir, becərməlidir, böyüt­məlidir. Əgər kimsə sağlam ağacı kəsirsə, o nəinki xalqına, millətinə, ölkəsinə xəyanət edir, o, öz ailəsinə, özü-özünə xəyanət edir”.

Görünür iş icraçısı Namiq Məmmədov və obyektin sahibi ümummilli liderin aforizmə çevrilən , dillər əzbəri olan bu kəlamını oxumayıblar. Vaxtında oxuyub öyrənsəydilər ağaclara da münasibətləri fərqli olardı. İş – biznes maraqları həddindən artıq o qədər güclüdür ki , onların gözlərini daha çox qazanmaq tutur.  Əgər onlar ağac ümumimilli liderin məşhur kəlamını vaxtında oxusaydılar “AAAF Park” yaşayış kompleksinin girişində Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa etdirməzdilər. Daha kobud desək o guşəyə qalxan əllər , kəsdikləri ağaclar kimi kəsilməlidir.

Hasarlanan ərazidə 24 saat  tikinti işləri apartdıran Namiq Məmmədovun təbiətə ziyan vurmağını , ətrafda yaşayan sakinlərə narahatlıq yaratdığını , Ümummilli lider Heydər Əliyevin büstünün sökülməsinə göz yuman biri oldugunu dəqiqliklə müəyyən etdik. Təkrarçılıq kimi çıxmasın Namiq Məmmədov  ağaclarlın kəsilməsinə dair  məşhur aforizimi oxumadığı kimi qanunlarımız da oxumayıb. Əgər qanunları vaxtinda oxusaydı bilərdi ki , tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına riayət olunmur.

Namiq Məmmədovun və obyekt sahibinin diqqətinə bir daha çatdırmağı özümüzə borc bilirik ki,  Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir.

Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.

Amma Namiq Məmmədov və obyekt sahibi Ulu Öndər Heydər Əliyevin sökülən poster və guşəsinin yerində və  tikinti sahəsində heç bir məlumatlandırma löhvəsi asmayıb . Bundan əlavə  Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində aparılan tikinti barədə məlumatlara rast gəlinmir. İnşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan heç bir icazə alınmayıb.

Deyilənləri əyani görmək üçün bugünlərdə ərazidə çəkiliş apardıq. İnternetdə yayılan fotolarda Ümummilli liderin günəşinin doğurdan da yerində olmadığı birmənalı olaraq bilindi. Çəkiliş apararmazdan öncə ərazidə heç bir mühafizə xidmətinin olmadığı gözə dəqiqliklə çarpdı. Lakin kameranı yandırıb çəkilişə başlayan kimi Ələddinin sehrli çırağından çıxan Çin kimi bir yekəpər adam peyda oldu . Sinəsini qabağa verib çəkiliş aparılmasına mane oldu. Həmin enli kürək “mühafizəçi” bizə hər yerlə razılaşdırıldığını bildirdi. Sözün əsl mənasında Ələddinin cini arzuları yerinə yetirdiyi kimi bu mühafizəçi də özünün rəhbərlərinin əraziyə adam buraxılmasın tapşırıqlarına çox ürəkdən əməl edirdi.

Mülki formada ərazidə gəzən , heç bir mühafizə tələblərinə uyğun olmayan şəxsin bizlə qısa dialoqlundan sonra

”Yeni Gundem” olaraq Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən aparılan tikintiylə bağlı sorğu ünvanladıq .

Adıçəkilən qurumdan bildirdilər ki,  Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisinə baxış keçirilmiş, özbaşına tikinti işlərinin aparıldığı aşkar edilmişdir.
Sorğunun cavabında daha sonra deyilir:” Faktla bağlı akt tərtib edilərək tədbirlərin görülməsi üçün aidiyyəti üzrə müvafiq qurumlara müraciət edilmiş və tikinti işləri dayandırılmışdır. Hazırda ərazi aidiyyəti qurumların nəzarəti altındadır, inşaat işləri aparılmır”.

Sorğunun da cavabından bəlli olur ki, tikinti işlərinin dayandırılması üçün akt tərtib edilib.  İş icraçısı və Namiq Məmmədov bir az da irəli gedərək yazılan akta da məhəl qoymayıb. Necə deyərlər başını aşağı salıb öz işiylə məşğuldur.

Onu da qeyd edək ki , Abşeron rayonu “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektlə bağlı  Abşeron rayon icra hakimiyyətinə və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə də müraciət etdik. Sorğumuza cavab ala bilmədiyimiz üçün onların mövqelərini dərc etmək imkanımız olmadı.  Obyektivliyi nəzarət alıb Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin mövqelərini də dərc etməyə hazırıq.

Mövzunu davam etdirəcəyik…”Yeni Gundem” “Analoq”

Araşdırmalarımız davam edir…

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:98
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 31 Yanvar 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see254

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see231

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see174

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see167

“Bu gün layiq olduğumuz qələbə əldə etdik”

19 Oktyabr 2025 19:14see159

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see152

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see148

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see148

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see135

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see135

Azərbaycanın “AI 92” markalı benzini idxal və ixrac etdiyi ölkələr SİYAHI

18 Oktyabr 2025 17:24see132

Yəmən sahillərində tanker partladı: 24 ekipaj üzvü...

19 Oktyabr 2025 01:17see127

İspaniya La Liqası: Real Madrid səfərdən 3 xalla qayıdır

20 Oktyabr 2025 01:12see127

Sarıkökün bu faydalarını çoxları bilmir

20 Oktyabr 2025 07:01see126

Yuxusuz halda sükan arxasına əyləşməyin! DYP dən həftəsonu XƏBƏRDARLIĞI

18 Oktyabr 2025 10:41see125

Tbilisidəki son etirazlara görə 14 nəfər saxlanıldı

19 Oktyabr 2025 18:49see124

Həkimlər soyuq mövsümdə immuniteti gücləndirməyin yollarını açıqlayıblar

19 Oktyabr 2025 07:43see124

Əməliyyat otaqlarında niyə yalnız yaşıl və mavi geyimlərə icazə verilir?

19 Oktyabr 2025 04:05see123

Yer kürəsində oktyabr ayının üçüncü maqnit qasırğası başlayıb

19 Oktyabr 2025 04:50see123

Netanyahudan Rəfah keçid məntəqəsinin açılması barədə məlumata REAKSİYA

19 Oktyabr 2025 00:16see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri