Icma.az
close
up
RU
“AAAF Park” da qanunsuz tikinti davam etdirilir Obyekti Vüqar Sədizadə tikdirir? Yeni Gündəm

“AAAF Park” da qanunsuz tikinti davam etdirilir Obyekti Vüqar Sədizadə tikdirir? Yeni Gündəm

Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İş icraçısı Namiq Məmmədov aidiyyatı orqanlarla “anlaşdıqlarını” bildirir

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin girişində Ulu Öndər Heydər Əliyevin güşəsini söküb yerində obyekt inşa edilir.

“Yeni Gundem” Ulusal.az-a istinadən xəbər verir ki, “AAAF Park” yaşayış kompleksinin layihəsində həmin ərazidə başqa tikilinin yer alması nəzərdə tutulmamasına baxmayaraq kompleksin girişində ərazi hasarlanaraq gecə-gündüz tikinti aparılır. Hasarlanan ərazidə 24 saat aparılan tikinti işləri ərazidə yaşayan sakinlərədə narahatçılıq yaratmaqdadır. Obyektin tikildiyi ərazidə bir neçə şam ağacının gecəykən kəsildiyi iddia edilir.

Qeyd edək ki, tikinti işlərinin aparılması prosedurları və qaydaları, tikinti normativləri Şəhərsalma və Tikinti Məcəlləsi ilə tənzimlənir. Ancaq “AAAF Park” yaşayış kompleksinin girişində inşa edilən obyektdə tikinti normalarına və qaydalarına riayət olunmur. Azərbaycan Respublikasının Tikinti Məcəlləsinin 13-cü maddəsinə görə planlaşdırılan tikintinin mərhələləri və məzmunu barədə ictimaiyyətə ətraflı məlumat verilməlidir. Məcəlləyə görə löhvədə aparılan tikinti işinin başlama və bitmə tarixi, layihəçi və podratçı şirkətlərin adları, müvafiq dövlət qurumundan tikintiyə alınan icazənin nömrəsi və tarixi barədə məlumatlar olmalıdır.

Lakin Ulu Öndər Heydər Əliyevin sökülən poster və guşəsinin yerində aparılan tikinti sahəsində heç bir məlumatlandırma löhvəsi yoxdur. Həmçinin Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bazasında “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində aparılan tikinti barədə məlumatlara rast gəlinmir.

Bu isə o anlama gəlir ki, inşa edilən obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxektura Komitəsinin və Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumundan heç bir icazə alınmayıb.
Ulusal.az-ın əldə etdiyi məlumatda bildirilir ki, “AAAF Park” yaşayış kompleksinin giriş hissəsində qanunsuz inşa edilən obyekt Vüqar Sədibəyli adlı iş adamına məxsusudur. Tikintini işlərinə rəhbərlik edən Namiq Məmmədov adlı şəxs ətrafdakı sakinlərə bildirib ki, “lazımı olan yerlərlər anlaşıb tikntiyə icazəsni almışıq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:220
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 22 Yanvar 2025 18:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri