AAF ın vitse prezidenti Bolqarıstan rəsmisiylə görüşdü
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov Bolqarıstan Respublikası Prezidentinin Gənclər və İdman məsələləri üzrə məsləhətçisi Georgi Aleksandrovla görüşüb.
Futbolpress.az xəbər verir ki, görüş zamanı iki ölkənin ağırlıqqaldırma idmanı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub. Firdovsi Umudov Azərbaycanda bu idman növünün inkişafı üçün dövlət səviyyəsində hər cür dəstəyin göstərildiyini qeyd edib. O əlavə edib ki, beynəlxalq əlaqələrin qurulması ağırlıqqaldırma idmanının tərəqqisi istiqamətində atılan ən vacib addımlardan biridir.
Georgiy Aleksandrov da öz növbəsində Azərbaycan atletlərinin son yarışlarda qazandıqları uğurlara diqqət çəkib. Qonaq gələcəkdə hər iki ölkənin yığma komandalarının birgə təlim-məşq toplanışının keçirilməsi arzusunda olduqlarını diqqətə çatdırıb. Görüş zamanı bu və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Baxış sayı:135
Bu xəbər 22 Fevral 2025 09:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















