Icma.az
close
up
RU
Ermənistana keçən çobanın geri qaytarılması qısa müddətdə həll olunacaq Asəf Quliyev

Ermənistana keçən çobanın geri qaytarılması qısa müddətdə həll olunacaq Asəf Quliyev

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu cür hallarda rəsmi dairələr arasındakı razılaşmaya əsasən vətəndaşlar dərhal geri qaytarılır

Azərbaycanlı çoban dövlət sərhədini keçərək Ermənistan ərazisinə daxil olması haqda xəbər sərhədlərin delimitasiya və demarkasiyasının nə qədər vacib olduğunu göstərir.

Qeyd edək ki, çobanın Ermənistan ərazisinə daxil olması barədə məlumat bu ölkənin Berd rayonundakı mənbələrinə istinadən verilib. Bölgə sakinlərinin sözlərinə əsasən, Azərbaycan vətəndaşı sərhəd xəttini Tavuş vilayətinin Çinari kəndi yaxınlığında adlayıb. İlkin məlumatlarda çobanın Ermənistan hərbi polisi tərəfindən saxlanıldığı bildirilir. Məsələ ilə bağlı hələ ki, heç bir rəsmi açıqlama verilməyib.

Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, tədqiqatçı jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında bildirdi ki, Azərbaycan vətəndaşının Ermənistan sərhəddini keçdiyi faktı təsdiqlənərsə məsələ iki ölkə arasındakı razılaşmaya uyğun həllini tapacaq: 

- Güman edirəm ki çobanın geri qaytarılması məsələsi qısa müddətdə həll olunacaq. Bu cür hallar əvvəllər də olub. Və məsələ həll edilib. Azərbaycanlı əsgərin Laçın istiqamətindən Ermənistan sərhəddini keçməsi isə fərqli məsələdir. Orda yaralanma faktı, silahlı keçmə faktı var. Amma burda sıravi vətəndaşdı, çobandı, böyük ehtimalla o, sərhəddi təsadüfən keçib. Bu cür hallarda rəsmi dairələr arasındakı razılaşmaya əsasən vətəndaşlar dərhal geri qaytarılır. Təbii ki, müəyyən prosedurlardan sonra. Tam aydınlıq yaranan kimi həmin şəxsi geri qaytacaqlar. 

A.Quliyev bildirdi ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi əlbəttə vacibdir, lakin sərhədlərin hazırda tam müəyyənləşməməsindən asılı olmayaraq bütün sərhəd boyu Azərbaycan sərhədçiləri xidmət aparır, təhlükəsizliyi qorumaq üçün bütün önləmlər alınır: 

- Biz sovet illərindən öyrəşmişik ki, sərhədlər tikanlı məftillərlə ayrılır, tikanlı məftil yoxdursa guya bilinməyəcək hansı dövlətin sərhəddi hara qədərdir. Amma qaydalar dəyişir, dünyanın bir çox ölkələrində sadəcə sərhəd xəttinin haradan keçdiyi müəyyənləşir, tikanlı məftil də olmur, ya patrul xidməti, ya sərhəd xidməti nəzarət edir ki kimsə sərhəddi qanunsuz keçməsin. Azərbaycanla Ermənistan sərhəddinin müəyyən bir hissəsində işlər aparılıb, təxminən 12 kilometrlik ərazidə. Qalan sərhədlər açıqdır, dəqiq müəyyənləşmə aparılmadığı üçün hər hansı sərhəd qurğuları yoxdur, amma ərazilərə Dövlət Sərhəd Xidməti nəzarət edir. Gözdən yayınmalar ola bilər, bu, normal haldır. Belə situasiyalarda necə davranılmalıdır, Azərbaycan və Ermənistan rəsmiləri öz aralarında razılaşıblar. Təsadüfi keçidlər, sərhədpozmalar olanda həmin şəxslərin dərhal geri qaytarılması razılaşdırılıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:185
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Oktyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see327

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see309

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see298

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see285

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see279

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see275

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see265

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see247

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see245

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see239

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see238

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see237

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see236

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see231

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see225

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see224

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see217

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see193

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see186

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri