Icma.az
close
up
RU
Əldə olunan nəticələr tarixi qələbədir

Əldə olunan nəticələr tarixi qələbədir

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Respublikasında idman sahəsi son illər ərzində sürətli inkişaf yolu keçmiş və dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmişdir. Bu inkişafın əsas səbəblərindən biri ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğıdır. Xüsusilə Prezident İlham Əliyevin idmançılara mütəmadi göstərişləri, onların uğurlarını yüksək qiymətləndirilməsi bu sahəyə verilən önəmin nümunəsidir. Avropa çempionatında komanda hesabında qalib gəlmiş güləşçilər keçirilən görüşdə bu baxımdan xüsusi əhəmiyyət daşıyır.  Həmin görüş zamanı Prezident İlham Əliyev Azərbaycan güləşçilərinin əldə etdiyi uğurları yüksək qiymətləndirmiş və bu qələbənin bütün xalq üçün böyük sevinc mənbəyi olduğunu vurğulamışdır. Komanda hesabında Avropa çempionu olmaq idman tariximizdə mühüm naliyyətlərdən biri hesab olunur. Bu uğur gərgin rəqabət şəraitində əldə olunmuş və idmançılarımızın yüksək peşəkarlığını nümayiş etdirmişdir. Azərbaycan güləş məktəbi zəngin ənənələrə malikdir. Bu ənənələr nəsildən nəsilə ötrülərək bu gündə uğurla davam etdirilir. Tanınmış idmançıların təcrübəsi gənc nəslin yetişməsində mühüm rol oynayır. Yeni nəsil güləşçilərin beynəlxalq yarışlarda qazandığı nəticələr göstərir ki, ölkədə idman sahəsində düzgün strategiya həyata keçirilir. İdmanın inkişafında infrastruktur amilidə mühüm rol oynayır. Azərbaycanın müxtəlif bölgələrində tikilmiş Olimpia idman kompleksləri və müasir məşq zalları gənclərin idmana cəlb olunmasına geniş imkan yaradır. 

Prezident cənab İlham Əliyev çıxışında ölkəmizdə keçirilən beynəlxalq idman yarışlarının idman növlərinin populyarlaşmasına mühüm töhfə verdiyini qeyd etmiş və bildirmişdir ki, Azərbaycan Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər mötəbər yarışlara uğurla ev sahibliyi edərək böyük təcrübə qazanmışdır. Bunlar demək olar ki, Yay Olimpiya Oyunlarının səviyyəsinə çox yaxındır. Keçən il MDB Oyunlarını özü də paytaxtda yox, bölgələrdə keçirilmişdir. Bu isə ölkəmizdə güclü idman potensialının mövcud olduğunu və idmana göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu təsdiqləyir.

Dövlətimizin başçısı Avropa çempionatında əldə olunan nəticələri tarixi qələbə kimi qiymətləndirərək, həm yunan-Roma, həm də sərbəst güləş üzrə komanda hesabında birinciliyin qazanılmasının xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır. Qadın güləşi üzrə də əldə olunan nailiyyətlər yüksək qiymətləndirilmiş, gələcəkdə daha böyük uğurların qazanılacağına əminlik ifadə olunmuşdur.

Çıxışda milli komandada hökm sürən sağlam mühit, birlik və qarşılıqlı dəstək xüsusi qeyd edilmiş, bu amilin uğurların davamlılığında mühüm rol oynadığı bildirilmişdir. Eyni zamanda vurğulanmışdır ki, idmançılar yalnız yarış meydanında deyil, gündəlik həyatda da nümunəvi davranış nümayiş etdirməli, yüksək mənəvi keyfiyyətləri ilə cəmiyyətdə örnək olmalıdırlar.

Sonda Prezident cənab İlham Əliyev idmançıları bir daha təbrik edərək, qeyd etmişdir ki, istənilən şəraitdə, o cümlədən hakim səhvləri və ya ədalətsizlik halları ilə qarşılaşdıqda belə, ləyaqətli davranış prinsiplərinə sadiq qalmaq vacibdir. Bu, Azərbaycanın idman nüfuzunun qorunması və daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Nurlana Yusifova

YAP Samux rayon təşkilatı əməkdaşı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:189
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 May 2026 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see365

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see351

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see275

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see265

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see255

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see244

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see237

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see236

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see231

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see223

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see221

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see212

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see211

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see190

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see188

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see185

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see177

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see173

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri