Abas Miskərli: Açıq bankçılıq sığorta əməliyyatlarını asanlaşdıracaq
Banco.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Açıq bankçılıq Azərbaycanda sığorta əməliyyatlarını əhəmiyyətli dərəcədə asanlaşdıracaq.
Bunu "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin icraçı direktoru Abas Miskərli Bakıda keçirilən X Beynəlxalq Bankçılıq Forumu çərçivəsində panel müzakirələrdə deyib.
"Açıq bankçılıq işləyərsə, biz avtomatik olaraq bütün maliyyə məlumatlarını bir tətbiqdən götürə biləcəyik. Nəticədə bu istiqamətdə tətbiq yaradan şirkətlər üstünlük qazanacaqlar. Doğrudur, başa düşürük ki, sığortaçılar bununla bağlı tətbiqlər yaradanlar arasında olmayacaq. Buna səbəb sığortaya çox nadir hallarda müraciətlə bağlıdır. Belə ki, müştərilər müqaviləni bağlayanda, ya da sığorta hadisəsi olanda müraciət edirlər. Amma gündəlik əməliyyatlar məhz bank vasitəsilə həyata keçirilir" - o qeyd edib.
Onun sözlərinə görə, bu cür tətbiqə veriləcək funksionallıq mühüm rol oynayır: "Açıq bankçılıq olandan sonra müştəri sığorta ilə bağlı sorğu formasını dolduracaq. Nəticədə onun bank rekvizitlərini çıxacaq. Müştəri bununla digər banklarda ödəniş edə biləcək".
report
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 25 Noyabr 2026 12:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















