ABB “DigiLife” onlayn jurnalını təqdim etdi
Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.
ABB daha bir rəqəmsal layihəsini – “DigiLife” onlayn jurnalını təqdim edib.
Müxtəlif mövzularda faydalı məlumatları, maraqlı fikirləri, şəxsi təcrübələri bir araya gətirən yeni platforma hər kəsə həm oxucu, həm müəllif olmaq imkanı yaradır.
“DigiLife”ın əsas özəlliyi müxtəlif peşə və maraq sahələrini təmsil edən insanları vahid platformada oxucu və müəllif kimi bir araya gətirməsidir. “DigiLife” faydalı məlumatlar əldə etmək, eyni zamanda bilik və təcrübələri bölüşmək, fərqli baxış bucaqları ilə tanış olmaq, yeni ideyalar kəşf etmək, fərqli maraqları paylaşanlarla virtual icma yaratmaq üçün rəqəmsal məkandır.
Onlayn jurnalda maliyyə, texnologiya, biznes, karyera, şəxsi inkişaf, həyat tərzi və digər çoxsaylı istiqamətlər üzrə müxtəlif kontentlər paylaşılır. Burada oxucular başqalarının fikir və təcrübələrindən yararlana, yazılanları şərh edə, eyni zamanda öz təcrübələri barədə yazıb paylaşa bilərlər. “DigiLife”ın hər kəs üçün açıq rəqəmsal platforma kimi inkişafı nəzərdə tutulur.
Layihənin məqsədi faydalı məzmunu daha geniş auditoriya üçün əlçatan etmək, maarifləndirmək, insanlarda bilik paylaşımına motivasiya yaratmaqdır.
ABB “DigiLife” layihəsi ilə rəqəmsal xidmətlərin inkişafına yeni istiqamət əlavə edir, müştərilərin həyat tərzi tərəfdaşı olaraq onların gündəlik həyatına yeni dəyər qatmağı hədəfləyir.
Onlayn jurnalla buradan tanış ola, siz də “DigiLife” üçün yaza bilərsiniz.
Jurnal haqqında hazırlanmış video ilə buradan tanış olun.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi https://abb-bank.az/, 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 12 Noyabr 2026 15:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















