Icma.az
close
up
RU
® ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! AZƏRTAC

® ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! AZƏRTAC

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ölkəmizin ev sahibliyi etdiyi COP29-un əsas bank tərəfdaşı olan “ABB” iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə verəcək maraqlı bir imkanı müştərilərə təqdim edib.

Bu, ABB mobile tətbiqinə əlavə olunmuş Karbon Emissiyası Kalkulyatorudur. Bu kalkulyator vasitəsilə istifadəçilər hər bir kart əməliyyatlarının ətraf mühitə təsirlərini izləyə bilərlər.

ABB bu imkanı pərakəndə bankçılıq sahəsində iqlim dəyişikliyinə qarşı mübarizəyə töhfə vermək məqsədilə yaradılmış Ecolytiq platformasının təqdim etdiyi texnologiya əsasında yaradıb.

Ecolytiq dünyanın aparıcı maliyyə qurumlarının, o cümlədən Visa-nın etibarlı tərəfdaşıdır. ABB də mobil bank tətbiqində Karbon Emissiyası Kalkulyatorunu Visanın dəstəyi ilə təqdim edir.

Hər bir bank əməliyyatı ətraf mühit üçün müəyyən təsirlər yaradır. Bank müştəriləri gündəlik maliyyə əməliyyatlarında bunu nəzərə alaraq karbon izlərini nəzarətdə saxlaya və daha uyğun seçimlərlə karbon izlərini mümkün qədər azalda bilərlər.

“ABB”nin İdarə Heyəti sədrinin müavini, Bankın Baş transformasiya inzibatçısı Taleh Tahirli qeyd edib ki, Karbon Emissiyası Kalkulyatoru ilə ABB daha bir yeni müştəri təcrübəsi yaradacaq. ABB mobile istifadəçilərində ətraf mühit üçün faydalı vərdişlər formalaşdıracaqlar: “ABB-nin öz tərəfdaşları ilə birgə təqdim etdiyi bu həll ətraf mühitin qorunması ilə bağlı ictimai savadlılığı artıracaq. Maariflənmə proseslərinə, iqlimlə bağlı fərdi məsuliyyət hissinin güclənməsinə mühüm töhfə verəcək”.

Ecolytiq-in həmtəsisçisi və idarəedici direktoru David Lais bildirib: “Gündəlik satınalma davranışları fərdin karbon ayaq izinin böyük bir hissəsidir. Ona görə də kiçik dəyişikliklər iqlim fəaliyyətinə böyük töhfələr verə bilər. Azərbaycan istehlakçılarına daha davamlı gələcəyə doğru addımlar atmaq, geniş miqyasda biliklər təqdim etmək üçün Azərbaycanın ən böyük bankı olan ABB ilə əməkdaşlıq etməkdən məmnunuq”.

Visa-nın Azərbaycandakı regional meneceri Nurlan Hacıyev bildirib: “Karbon Emissiyası Kalkulyatorunu ABB mobile tətbiqinə inteqrasiya etməklə, biz gündəlik əməliyyatların ətraf mühitə təsiri haqqında dəyərli fikirlər təqdim etməyi və kart sahiblərinə daha yaşıl gələcəyə töhfə verməyə kömək göstərməyi hədəfləyirik. ABB ilə əməkdaşlıq əsasında Azərbaycan müştərilərinə iqlim dəyişikliyinə qarşı qlobal hərəkata qoşulmaq imkanı təklif etməkdən qürurluyuq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi feysbuk səhifəsindən əldə etmək olar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Noyabr 2024 18:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri