Icma.az
close
up
RU
ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim edib

ABB və AZAL səyahət imkanları yaradan kobrend kartını təqdim edib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABB və AZAL səyahətsevərlər üçün unikal bir məhsulu — “ABB-AZAL Miles” kobrend kartını bazara təqdim edib. “The Ritz-Carlton” hotelində kartın təqdimatı keçirilib. Təqdimat tədbirində ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev də iştirak ediblər.

“ABB-AZAL Miles” kobrend kartı ilə müştəri eyni zamanda həm ABB-nin, həm AZAL-ın təqdim etdiyi özəl üstünlüklərdən faydalanır. Kart istifadəçisi gündəlik ölkədaxili və ölkəxarici nağdsız ödənişlərini bu kartla edərək hər ödənişindən millər qazanır. Qazanılmış milləri AZAL-ın mobil tətbiqində, yaxud rəsmi azal.az saytında onlayn şəkildə asanlıqla uçuş biletinə çevirmək olur.

Kartın müddəti 5 ildir. Hər bir müştəri bu müddətdə limitsiz sayda millər toplayıb sonradan onları uçuş biletinə çevirə bilər. Müştərinin qazandığı millərlə 36 ay ərzində özünə və ailə üzvlərinə uçuş bileti əldə etmək imkanı var.

Bundan başqa, “ABB-AZAL Miles” kobrend kartları ilə seçilmiş məhsuldan asılı olaraq bir çox digər üstünlüklərdən də faydalanmaq mümkündür:

Dünyanın bir çox hava limanlarında pulsuz transfer xidməti, “Fast Track” keçidləri, “Lounge” zallarına pulsuz giriş, “duty-free” endirimləri; Səyahət zamanı pulsuz rouminq xidməti; Digər ölkələrə pulsuz viza müraciətinin təşkili; Heydər Əliyev Beynəlxalq Aeroportunda VIP xidmətlərindən yararlanmaq; Hotel və restoran endirimləri; Səyahət sığortası və s.

Kartın təqdimatı tədbirində çıxışı zamanı ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: “Biz bu kartı yaradarkən, dəyərli partnyorumuz Azərbaycan Hava Yolları Şirkəti ilə gücümüzü birləşdirdik. Rahat və innovativ maliyyə həllərini, eksklüziv səyahət üstünlükləri ilə bir araya gətirdik. Müştərilərə, Azərbaycan vətəndaşlarına səyahətləri daha əlçatan etməyi hədəflədik. Onların gündəlik alış-verişlərini, gündəlik həyat ritmini unudulmaz səyahətlərə çevirməyə imkan yaratdıq”.

“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev təqdimat mərasimindəki nitqində qeyd edib: “Azərbaycanın milli aviadaşıyıcısı olaraq səyahətləri daha əlçatan, rahat və xoş etmək məqsədilə ölkənin ən böyük bankı ABB ilə əməkdaşlığımızı genişləndirməyə davam edirik. ABB ilə birgə təqdim etdiyimiz “ABB-AZAL Miles” kobrend kartı sərnişinlər üçün yeni imkanlar açan mühüm layihədir”.

“ABB-AZAL Miles” kartlarını ABB mobile vasitəsilə sifariş etmək olar. Ünvana çatdırılma xidməti də mövcuddur. Kart haqqında ətraflı məlumatları buradan əldə edə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:525
embedMənbə:https://apa.az
archiveBu xəbər 20 Dekabr 2024 13:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri