Icma.az
close
up
RU
Abbas Abbasov Heydər Əliyevə necə XƏYANƏT EDİB?

Abbas Abbasov Heydər Əliyevə necə XƏYANƏT EDİB?

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun “Ramiz Mehdiyev işi” üzrə istintaqa cəlb edilib. O, hal-hazırda xaricdə olduğu üçün barəsində axtarış elan edilib. Onun hakimiyyət daxilindəki təsir imkanları, xarici əlaqələri və müəyyən fiqurlarla yaxın münasibətləri ilə bağlı müxtəlif iddialar vaxtaşırı gündəmə gəlir.

KONKRET.az-a açıqlamasında Müasir Musavat Partiyasının sədri Hafiz Hacıyev sabiq dövlət məmuru Abbas Abbasovla bağlı bəzi gizli məqamları açıqlayıb. Onun sözlərinə görə, Abbas Abbasovla birlikdə işlədiyi dövrdə onun müxtəlif proseslərdə aktiv rol oynadığını müşahidə edib.

H.Hacıyev bildirib ki, Abbas Abbasov hər şeyə qarışan, müxtəlif əlaqələri olan şəxs kimi tanınıb və maliyyə məsələlərində əsas bacarığı pul dövriyyəsi ilə bağlı olub.

“O vaxt taxıl məsələsi olub. Almaniyada bir erməni var idi. Biz taxıl müqaviləsini bununla bağladıq. Amma bizim onun erməni olmasından xəbərimiz yox idi. Abbas Abbasov bizi onun yanına aparmışdı. Nəticədə Azərbaycana birinci növ əvəzinə 3-cü sort taxıl göndərdilər. Həmin vaxt Heydər Əliyev bu məsələni məndən soruşmuşdu. Mən də hər şeyi açıb demişdim. Yəni Ramiz Mehdiyevin də, Abbas Abbasovun da anası və arvadı ermənidir. Hər zaman Mehdiyevlə bir yerdə olub. Hətta Prezident Aparatında yeməyi də bir yerdə yeyirdilər. Keçmiş Baş prokuror Eldar Həsənovla gizli əlaqələri var idi. Həmişə gözü hakimiyyətdə olub. Elçibəy hakimiyyətdən gedəndən sonra ilk dəfə onun arxasınca danışan adam olub. Heydər Iliyevə üzdə özünü yaxşı göstərsə də, arxada gizli planlar qururdu. Ramiz Mehdiyevi hakimiyyətə gətirmək istəyirdi. Hətta mən Mehdiyev haqda danışanda, “Lazım deyil” deyərək çəkindirməyə çalışırdı”.

Partiya sədri Abbas Abbasovun Ramiz Mehdiyevlə yaxın münasibətlərinin olduğunu, sonradan onun Moskvada “Milyarderlər İttifaqı” adlanan qurumun yaradılmasına dəstək verdiyini bildirib.

Açıqlamada vurğulanıb ki, Abbas Abbasov istefa verdikdən sonra da Azərbaycandakı siyasi proseslərə marağını saxlayıb.

“Onun keçmiş baş prokuror Eldar Həsənovla münasibətləri olub və müxtəlif dairələrlə əlaqələrini qoruyub”.

Hafiz Hacıyev Abbas Abbasovun qapalı xarakterli şəxs olduğunu, lakin müəyyən mərhələlərdə açıq mövqelər sərgilədiyini də deyib.

“Abbas Abbasovun və ətrafının əsas məqsədi Ramiz Mehdiyevin hakimiyyətə gətirilməsi olub və bu istiqamətdə fəaliyyət göstərilib”.

H.Hacıyev həmçinin Abbas Abbasovun xaricdə, xüsusilə diaspor təşkilatları və bəzi diplomatik çevrələrlə əlaqələrinin geniş olduğunu deyib, bunun ictimai-siyasi vəziyyətə təsir göstərə biləcəyini vurğulayıb.

Sonda Hafiz Hacıyev Abbas Abbasovu “güclü fiqur” adlandıraraq, onun müxtəlif iddialarla gündəmdə qalmasının səbəbinin məhz bu təsir imkanları olduğunu bildirib.

Müşviq Tofiqoğlu
KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see358

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see277

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see276

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see274

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see266

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see265

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see263

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see260

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see256

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see241

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see239

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see234

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see231

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see230

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see228

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see210

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see209

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see205

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see205

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri