Abbas Əraqçı: Livanı əsl düşməninizdən xilas edin
Icma.az, Gununsesi portalına istinadən məlumat yayır.
İranın xarici işlər naziri Abbas Əraqçı Livan Prezidenti Cozef Aunun açıqlamalarına sərt reaksiya verərək bildirib ki, əgər Livan Tehran üçün “mübadilə vasitəsi” olsaydı, artıq çoxdan razılaşma əldə olunardı.
Gununsesi.info xəbər verir ki, İranın xarici işlər naziri Livan Prezidenti Cozef Aunun səsləndirdiyi fikirlərə cavab olaraq sərt bəyanat yayıb.
Nazir bildirib ki, Aunun açıqlamalarından belə nəticə çıxır ki, guya Livan ərazisinin beşdə birini İran işğal edib, əhalinin dörddə birini evlərini tərk etməyə məcbur edib və hər gün ölkəni bombardman edir.
“Əgər Livan İran üçün mübadilə vasitəsi olsaydı, biz çoxdan razılığa gəlmişdik. Cənab prezident, Livanı əsl düşməninizdən xilas edin”, – deyə bəyanatda qeyd olunub.
Tərəflər arasında gərgin bəyanatlar Livandakı vəziyyət və regionda davam edən qarşıdurmalar fonunda səslənib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:176
Bu xəbər 06 İyun 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















