Fransadakı qan anbarları kiberhücuma məruz qalıb
Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransada qan nümunələrinin saxlandığı saxlama məntəqələrinin soyutma sisteminə kiberhücum olub.
Bakıvaxtı.az xəbər verir ki, hakerlər Burqon-Franş-Kont bölgəsində Fransa Qan Agentliyinin (EFS) saxlama məntəqələrində istifadə olunan soyutma sistemini hədəfə alıblar.
Hücum nəticəsində müxtəlif saxlama məntəqələrində temperatur mənfi 30 dərəcədən 110 dərəcəyədək yüksəlib.
Temperaturun qeyri-adi şəkildə artdığını ilk olaraq texniklərdən biri aşkar edib.
Fransa Səhiyyə Nazirliyinin məlumatına görə, hadisə vaxtında müəyyən edildiyindən əməliyyatlara təsir göstərməyib. Kiberhücumun arxasında kimin dayandığı isə hələlik məlum deyil.
Fransa Qan Agentliyinin rəhbəri Frederik Pakud bildirib ki, məhsulların təhlükəsizliyi risk altında olmayıb. Bununla belə, hücum nəticəsində xəstələrin müalicəsi üçün nəzərdə tutulan qan nümunələrinin və plazma torbalarının itirilməsi ehtimalı yaranıb.
Murad İsmayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 04 Noyabr 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















