Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...

Abbasovun xəyanəti, ermənilərlə qohumluğu və Kremlin...

Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Baş nazirin keçmiş birinci müavini Abbasov Abbasovun Ramiz Mehdiyev və digərləri barəsində “hakimiyyəti ələ keçirməyə yönələn hərəkətlər” ittihamı ilə aparılan cinayət işi üzrə istintaqa cəlb olunması və barəsində axtarış elan edilməsinin ciddi əsasları var.

Ölkədə çevriliş etmək cəhdi ifşa olunandan sonra həbs olunan Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevlə bağlı aparılan istintaq 2013-cü il prezident seçkiləri zamanı Rusiyanın Azərbaycana qarşı planlarında yer alan Milli Şuranın fəaliyyətinin araşdırılması zərurətini yaratdı. Nəticədə AXCP sədri Əli Kərimli istintaqa cəlb edildi. Lakin bu prosesdə Abbas Abbasovun da iştirakına dair təkzibolunmaz faktlar var.

Abbas Abbasov 2013-cü ildə hazırlanan ölkədə qanuni hakimiyyəti zorla ələ keçirmək planlarının əsas fiqurlarından olub. O, hələ baş nazirin müavini olanda Rusiyanın müəyyən dairələri ilə sıx əlaqələrə malik idi. Vəzifəsindən azad edildikdən (2006-cı ildən) sonra Rusiyaya köçdü və Azərbaycana qarşı planların kordinatoru-icraçısı missiyasını üzərinə götürdü. 2012-ci ilin 28 sentyabr tarixində Abbas Abbasovun rəhbərliyi ilə “Rusiya Azərbaycan Təşkilatları İttifaqı”nın yaradılması bu prosesin start nöqtəsi oldu.

Təşkilatın yaradılması ilə bağlı bəyanatda məqsədin “azərbaycanlıların Rusiyanın ictimai-siyasi həyatına fəal inteqrasiyasını təşkil etmək” olduğu iddia edilsə də, gerçək hədəf Rusiyadakı diaspor təşkilatlarımızın və tanınmış azərbaycanlıların Kremlin çətiri altında toplanması idi. Rusiya Azərbaycan Təşkilatları İttifaqının fəaliyyət konsepsiyası bu ölkədəki ictimai təşkilatlarımızın Rusiyanın yeni dövlət strategiyası çərçivəsində effektiv fəaliyyətini təmin etmək, Bakı-Moskva xəttində mübahisəli məsələlər yarandığı zaman diasporumuzun Azərbaycanın əleyhinə yönləndirməkdən ibarət olub. Misal üçün, Qəbələ RLS-in çıxarılması, Azərbaycanın neft və qaz ixracının enerji bazarında rolunun artması, eləcə də rəsmi Bakının müstəqil xarici siyasəti, bir sözlə, Moskvanın xoşuna gəlməyən proseslər zamanı Rusiya Azərbaycan Təşkilatları İttifaqı Abbas Abbasovun rəhbəriyi ilə bu ölkədəki diasporumuzu təşkilatlandırmaq və Kremlin Azərbaycana qarşı təzyiq siyasətində alətə çevirmək missiyasını icra edirdi.

Planın Azərbaycan daxilindəki hissəsini isə Rusiya Azərbaycan Təşkilatları İttifaqının yaradılmasından 8 ay sonra – 2013-cü ilin 28 mayında Abbas Abbasovun və Ramiz Mehdiyevin xeyir-duası və dəstəyi ilə elan edilən Milli Şura üzərinə götürmüşdü. Azərbaycana qarşı planın Rusiyanın layihəsi olduğunu gizlətmək üçün müxtəlif formalardan istifadə olunması da diqqət çəkirdi. Misal üçün, Milli Şuranın məhz 28 may tarixində elan edilməsi, özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandırması, həmçinin Abbas Abbasovun Azərbaycanın qanuni hakimiyyətinə qarşı çıxışlarında “Biz bütün insanların azad olduğu demokratik cəmiyyətdə yaşamaq istəyirik” kimi sözləri həm planın arxasında Rusiyanın dayandığını gizlətmək, həm də ictimai rəyi manipulyasiya etmək məqsədi daşıyırdı. Planın Azərbaycanda həyata keçirilməsinə rəhbərlik edən Ramiz Mehdiyev isə özünü gizlədir, arxa fonda müxalifəti təlimatlandırırdı.

2013-cü il prezident seçkiləri ərəfəsində Rusiyanın maraqlı dairələrinin Azərbaycana qarşı təzyiqləri Moskvanın ölkəmizdə hakimiyyəti dəyişmək planı haqda məlumatları gündəmə gətirdi. Hadisələr də bu yöndə inkişaf edirdi. Proseslərdən aydın olur ki, layihənin həyata keçirilməsində əsas fiqurlar Abbas Abbasov, Ramiz Mehdiyev, Əli Kərimli, Cəmil Həsənli və onların yaxın ətrafı olub.

Abbas Abbasov “Milyarderlər ittifaqı”nın yaradılması, Azərbaycan diasporu və tanınmış azərbaycanlıların Kremlin çətiri altına toplanmasını, Ramiz Mehdiyev planın Azərbaycanda həyata keçirilməsini, Əli Kərimli, Cəmil Həsənli və ətrafında olanlar isə müxalifəti Milli Şura adı altında toplayaraq, planın icraçısı təmin etməli idi. Prosesdə Abbas Abbasov və ətrafı, həmçinin Milli Şura açıq, Ramiz Mehdiyev isə gizli fəaliyyət göstərirdi. Mehdiyevin gizli fəaliyyəti çevriliş planına dövlət daxilindən dəstəyi təmin etmək məqsədindən qaynaqlandığı da görünür.

Prosesdə yer alan fiqurlardan biri də Rüstəm İbrahimbəyov idi. Onun plana cəlb edilməsi həm Rusiya elitasının dəstəyini əldə etmək, həm də Azərbaycan ictimai rəyində Milli Şuranın, ümumiyyətlə hakimiyyət dəyişikliyi planının müsbət imicinin yaradılmasına hesalanmışdı. Hərçənd, Milli Şuranın qurucusu kimi Rüstəm İbrahimbəyovun adı çəkilsə də, arxasındakı əsas adam məhz Abbas Abbasov olub. Abbasov həmin vaxt Azərbaycan hakimiyyətinə qarşı açıq çağırışlar da edirdi. O, açıqlamalarının birində Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı niyyətini açıq şəkildə dilə gətirib. Başqa bir açıqlamasında “Biz güclüyük, bizə qarşı duranlar gedəcək, inanın mənə. Onlar gedəcək, onlar olmayacaq” deyərək, Bakıya təhdidlər yağdırırdı. Bütün görüşlərində isə Rusiyanın adından danışır, müxtəlif vədlər verir, Moskvanın Azərbaycanda hakimiyyəti dəyişəcəyini iddia edirdi. Təbii ki, onun Azərbaycana qarşı təhdidləri əslində Rusiyanın maraqlı dairələrinin dedikləri idi, Abbasov sadəcə maşa idi. Onun bu prosesdə maşa olmasının səbəblərindən biri də Rusiyanın biznes sektoru ilə yanaşı, ictimai-siyasi həyatında mövqe əldə etməklə imkanlarını daha da gücləndirmək və genişləndirmək idi. Yəni Abbas Abbasov çörəyini yediyi vətəni Azərbaycanı biznes və siyasi maraqlarına satan xəyanətkardan başqa heç kim deyildi.

2013-cü ildə artıq Azərbaycana qarşı xain plan hazır idi. Rusiyada “Milyarderlər ittifaqı” formalaşmış, Azərbaycanda Milli Şura yaradılmış və Rüstəm İbrahimbəyovu “vahid namizəd” kimi seçmişdi. Əli Kərimli, Cəmil Həsənli və ətrafının icra etdiyi çevriliş planında Milli Şuranın maliyyəsini də “Milyarderlər ittifaqı” təmin edirdi. Məlumatlara görə, Abbas Abbasov Azərbaycanda hakimiyyət dəyişikliyi planını həyata keçirmək üçün Milli Şuraya 20 milyon dollar vəd edib və bunun bir qismini ona göndərib də. Milli Şuranın keçirdiyi aksiyalara, seçki hazırlığına, imzatoplama kampaniyasına və digər məsələlərə sərf olunan pulların Moskvadan, birbaşa Abbas Abbasovdan gəldiyi haqda da kifayət qədər məlumat vardı. Pul bölgüsündə Milli Şurada düşən dava diqqəti bu fakta xüsusilə yönəltdi. Seçki ərəfəsində Cəmil Həsənliyə imza toplamaq üçün ayrılan 500 min dolların Müsavat və AXCP tərəfindən mənimsənildiyinə dair məlumatlar yayılmışdı.

Abbas Abbasovun Azərbaycandakı fəaliyyətini digər kanallar vasitəsilə gücləndirdirdiyi də deyilir. Məlumatlara görə, Abbasov yaxın olduğu Müsavat sədrinin müşaviri, sabiq kənd təsərrüfatı naziri Tofiq Hüseynlini Bakıya öz adamı kimi göndərib. Müsavat Partiyasının Milli Şuraya Abbas Abbasovun adından Tofiq Hüseynli dəvət edib və müxtəlif vədlərlə İsa Qəmbəri bu addımı atmağa razı salıb.

Milli Şuranın Rusiyanın maraqlı dairələrinin layihəsi olduğunu təsdiq edən çoxsaylı faktlar mövcuddur. Bu faktlardan biri kimi Qərb ölkələrinin, yaxud təşkilatlarının onu dəstəkləməməsi idi, halbuki 2013-cü ilə qədər müxalifətə dəstək verilirdi. Milli Şurada Müsavat Partiyası tərəfindən təklif olunan avrointeqrasiya layihəsi ətrafında yaranan mübahisə, həmçinin Avropa İttifaqı ölkələrinin səfirləri ilə görüşdən sonra AXCP sədri Əli Kərimlinin “heç kimə bel bağlamamaq və müxalifətin öz qüvvəsi ilə məqsədinə nail olmaq” hayqırtısı da Rusiya amilindən qaynaqlanırdı. Bəlli idi ki, Azərbaycanda çevriliş etmək istəyən Rusiyanın maraqlı dairələri Milli Şuranın Avrointeqrasiya xəttini qəbul etmirdi. Seçkidən öncə müxalifətlə görüşən Aİ ölkələrinin səfirləri də Milli Şuranın Rusiyanın layihəsi olduğuna görə Qərbdən heç bir dəstəyin verilməyəcəyini çatdırmışdılar.

2014-cü ildə Türkiyə Milli İstihbarat Təşkilatının “Milyarderlər ittifaqı” və nurçularla bağlı Azərbaycana təqdim etdiyi məxfi məlumatlar da Milli Şuranın Rusiya bağlantılarını ifşa edir. Bu barədə həmin dövrdə mediada məlumatlar getmişdi. Təqdim edilən dosyelər MİT-in illər ərzində topladığı audio, video, foto və operativ məlumatlardan ibarət olub. Dosyelərdə Rusiyada yaradılan “Milyarderlər ittifaqı”nın 2013-cü il prezident seçkiləri ərəfəsində Azərbaycanda hakimiyyət dəyişikliyi planları, bu məqsədlə Azərbaycan müxalifəti ilə birgə fəaliyyətinə dair məlumatlar öz əksini tapıb. İttifaq üzvlərinin Türkiyədə, xüsusən “Milyarderlər ittifaqı”nın üzvləri olan Telman İsmayılova məxsus “Mardan Palace” otelində keçirdikləri gizli görüşlər izlənilib. Dosyedə ən çox adı çəkilən şəxslərdən biri Abbas Abbasovdur. Abbas Abbasovun Türkiyəyə müntəzəm səfərləri, siyasi və biznes dairələri ilə təmaslarının səs yazısının da təqdim olunan informasiyalar arasında olduğu deyilir.

Həmin dövrdə mediada Abbas Abbasovun İstanbulda “Çırağan Sarayı” restoranında gizli görüşlər keçirdiyi haqda məlumatlar yayılmışdı. Məlumata görə, görüşdə Cəmil Həsənli də liştirak edib. Görüşün isti və qeyri-rəsmi şəraitdə keçdiyi, Cəmil Həsənlinin restorandan Abbasovların avtomobili ilə ayrıldığı iddia edilirdi. Həmçinin Abbas Abbasovun Cəmil Həsənliyə stavka etdiyi və onun siyasi rolunun müəyyənləşməsində maraqlı olduğu bildirilirdi. Abbas Abbasov həmin vaxt artıq Əli Kərimli və Cəmil Həsənli ilə işləyirdi. Çünki Rüstəm İbrahimbəyovun “vahid namizədliyi” onun “ikili vətəndaşlığına” görə baş tutmamışdı. Yerinə Cəmil Həsənli “vahid namizəd” oldu. Cəmil Həsənlinin “vahid namizəd” olması təlimatının məhz Ramiz Mehdiyev tərəfindən verildiyi deyilir. Məlumatlara görə, Mehdiyev Rusiyanın siyasi elitasına yaxın olan Rüstəm İbrahimbəyovun namizəd olmasını istəməyib. Bunun qarşısını almaq üçün onun “ikili vətəndaş” olması faktının ortaya çıxmasını təşkil edib və yerinə özünə bağlı olan Cəmil Həsənlini keçirib. Abbas Abbasovun birbaşa Əli Kərimli və Cəmil Həsənli ilə işləməsi də bundan qaynaqlanırdı. Bu proseslərdə Ramiz Mehdiyevin adının hallanmamasını onun yüksək vəzifə tutması və xəyanətkar fəaliyyətini gizlətmək bacarığı ilə izah etmək olar.

Bütün bu məlumatlar Abbas Abbasovun ölkəyə gətirilməsi və qanun qarşısına çıxarılmasını zəruri edir. Son məlumatlara görə, Abbasov gizlənir. Çünki xəyanətkar olduğunu və qanun qarşısında cavab verəcəyini yaxşı bilir. Bic, fürsətcil, öz maraqlarını güdən və bunun üçün hər şeyini satan insan kimi xarakterizə edilən Abbas Abbasov fəaliyyəti ilə bunu təsdiq edib. Vaxtilə Azərbaycanda Baş nazirin müavini olan, işdən azad edildikdən sonra “İstiqlal” ordeni verilərək, hörmətlə yola salınan Abbasovun Moskvaya sığınaraq, antiazərbaycan fəaliyyətində önəmli yer alması da onun xəyanətkar xislətindən qaynaqlanır. Onun Azərbaycana qarşı xəyanətlərində erməni qohumlarının olması amilinin də rol oynadığı istisna edilməməlidir.

Məlumata görə, Abbas Abbasovun qayınanası 1924-cü il Şəmkir rayonunun Borum kəndində doğulmuş Göharik Voskanovna adlı erməni olub, sonradan adı Gövhər olaraq dəyişdirilib və Gəncədə həyat yoldaşı Mobil Quluyevin yanında dəfn edilib. Abbas Abbasov baş nazirin birinci müavini olduqdan sonra erməni qaynanası məcburən İmamzadədə islam dinini “qəbul edib”, vəfat etməmişdən öncə isə erməni qohumlarının adlarını sadalayaraq, Ermənistanda dəfn olunmağını vəsiyyət edib. Abbasov isə sevimli qaynanası vəfat edəndə belə Azərbaycana gələ bilməyib.

Abbas Abbasov həyat yoldaşı Bella Nobilovnanın (Nobil qızı) da adını dəyişdirərək Bilqeyis qoyub. O, Xarici Dillər Universitetində çalışıb, 1995-ci ildən sonra fəaliyyətini praktiki olaraq dayandırsa da, iş cədvəlinə uyğun olaraq maaş alıb. On il ərzində qiyabi olaraq elmlər namizədi olub, dosent adına yiyələnib. Onun akademik fəaliyyəti ilə bağlı şübhəli məqamlar olduğu iddia edilir.

Ermənilərlə qohumluğu Abbasovun biznes fəaliyyətində də rol oynayıb. İddiara görə, onun Ermənistan və Rusiyada biznes əlaqələri var. Görünür, Abbas Abbasovun Azərbaycana qarşı düşmənçiliyində ermənilərlə qohumluğu da rol oynayıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:329
embedMənbə:https://axar.az
archiveBu xəbər 17 Dekabr 2025 20:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see321

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see262

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see260

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see255

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see248

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see246

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see234

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see225

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see225

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see219

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see219

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see218

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see216

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see214

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see209

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see204

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see185

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see179

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see179

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri