Abdelmacid Tebbun: Mən Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə başsağlığı məktubu göndərib.
APA xəbər verir ki, məktubda deyilir:
“Zati-aliləri.
“Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində çoxlu sayda insanın həlak olması və yaralanması barədə xəbər məni dərindən kədərləndirdi.
Dost Azərbaycan xalqının başına gələn faciə ilə əlaqədar Zati-alinizə və həlak olanların ailələrinə Əlcəzair xalqı, hökuməti adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm.
Mən Azərbaycan xalqının bu ağır sınaqdan çıxa biləcəyinə əminəm və belə bir çətin zamanda Əlcəzairin ölkənizlə həmrəy olduğunu vurğulayır, xəsarət alanların tezliklə sağalmalarını ürəkdən arzulayıram.
Zati-aliləri, Sizə bir daha dərin hüznlə başsağlığı verir, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 27 Dekabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















