Icma.az
close
up
RU
Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır

Abdin Fərzəliyev jurnal satan şirkətdən 96 000 manatlıq ət alır

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Abşeron Rayon İcra Hakimiyyəti "Premyer Prodakşin" şirkəti ilə satınalma müqaviləsi imzalayıb.

Qaynarinfo xəbər verir ki, qurum şirkətdən Qurban bayramı ilə əlaqədar bayram sovqatları almağı planlaşdırır. Buna görə şirkətə 96 000 manat ödəniləcək.

Bayram sovqatları Abşeron rayonu ərazisində yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə veriləcək. Satınalmanın şərtlərindən məlum olur ki, bayram sovqatları çəkisi ətlə ölçülən paylardan ibarət olacaq. 3 kiloqramdan ibarət 1600 ədəd pay Xırdalan şəhərində, Masazır, Şəfəq, Hökməli və Mehdiabad qəsəbələrində paylanılacaq.

Təxmini hesablamalara görə, icra hakimiyyətinin şirkətdən aldığı ətin 1 kiloqramı 20 manata düşür. Bazarda ətin kiloqramı 17-19 manat arasında dəyişir.

"Premyer Prodakşin" MMC-yə gəlincə, bu şirkət satınalma müsabiqələrində fəal iştirak edir. Şirkətin qalib gəldiyi müsabiqələrdəki satınalma predmetlərinə diqqət yetirdikdə müəyyən suallar yaranır.

Təsəvvür edin, Abşeron Rayon İcra Hakimiyyətinə ət satan "Premyer Prodakşin” MMC həm jurnal, mədəni tərtibat vasitələri, video avadanlıqları satır, həm də turizm sənayesi üzvləri arasında əlaqələrin gücləndirilməsi ilə məşğul olur. Bəzi hallarda isə çap və mətbəə fəaliyyəti göstərir.

Amma nə sirdirsə, satınalma müsabiqələrinin fəal iştirakçısı olan bu çoxprofilli şirkət haqqında açıq mənbələrdə heç bir məlumat yoxdur.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "Premyer Prodakşin” MMC 10 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Şirkətin qanuni təmsilçisi Məmmədov Səxavət Fazil oğludur. Səxavət Məmmədov haqqında da açıq mənbələrdə heç bir məlumata rast gəlinmir.

Şirkətin hazırda 8739, 75 manat vergi borcu var. Qanunvericiliyə görə vergi borcu olan şirkətlər satınalma müsabiqələrində iştirak edə bilməz.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevdir. O, 2022-ci ildən rayona rəhbərlik edir. Abdin Fərzəliyevin icra başçısı kimi karyerası isə 2003-cü ildən başlayır. O, 2003–2005-ci illərdə Nizami rayonunun, 2005–2022-ci illərdə isə Nərimanov rayonunun icra başçısı vəzifəsində çalışıb.

Seyid

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 18 Aprel 2026 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see500

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see451

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see350

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see291

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see286

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see275

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see257

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see249

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see242

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see235

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see228

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see224

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see220

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see217

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see215

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see205

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see204

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see187

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri