Icma.az
close
up
RU
Abdullah Ağar: Tramp və Putinin prosesə bilavasitə daxil olmaları ehtimalı azdır

Abdullah Ağar: Tramp və Putinin prosesə bilavasitə daxil olmaları ehtimalı azdır

Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Türkiyədə iki dəfə danışıqlar aparıldı, lakin bu proseslər uğursuz oldu. ABŞ və Böyük Britaniya hər iki müzakirə prosesində sülhün təmin edilməsini əngəllədilər".

Bunu türkiyəli təhlükəsizlik məsələləri üzrə mütəxəssis Abdullah Ağar Türkiyənin Rusiya-Ukrayna danışıqlarındakı rolunu Oxu.Az-a şərh edərkən deyib.

ABŞ-nin hazırki prosesdə ağırlığının olduğunu vurğulayan A.Ağar bildirib:

"Onlar mövcud müharibənin yaratdığı şəraitdən necə geosiyasi fayda əldə etmək barədə düşünürlər. Bu düşüncə çərçivəsində mübarizə və maraqların toqquşması yaşanır".

Onun sözlərinə görə, xüsusilə müharibənin başlanğıcında atəşkəsə daha çox istəkli görünən Rusiya indi bu mövzuda daha könülsüzdür:

"Lakin həll ehtimalı hələ də var. Əgər Rusiya əldə etdiyi qazanclara qane olarsa, ABŞ öz maraqları baxımından məmnun olarsa və Ukrayna müharibənin yaratdığı yeni reallıq çərçivəsində uzlaşmağa razı olarsa, konkret nəticənin hasil olacağını düşünürəm. Bu, uzunmüddətli müzakirələr prosesidir. Çox iddialı cümlələr qurmamaq lazımdır, prosesi gözləyib görməliyik. Məsələn, Putinin Türkiyəyə gələcəyi deyilirdi, amma gəlmədi. Eyni şəkildə Trampın Türkiyəyə gələcəyi ilə bağlı söz-söhbətlər var idi, bu da reallaşmadı. Bu da göstərir ki, hazırda Putin və Tramp kimi adların prosesə birbaşa daxil olması ehtimalı azdır".

A.Ağar əlavə edib ki, Türkiyənin bu prosesdə yer alması son dərəcə təbiidir:

"Türkiyə üç dəniz sahili olan qlobal aktordur. Onun Rusiya-Ukrayna müharibəsi zamanı apardığı tarazlıq siyasəti son dərəcə dəyərli nəticələr verdi. Türkiyədə iki dəfə danışıqlar stolu arxasında müzakirələr aparıldı, taxıl dəhlizi Türkiyənin vasitəçiliyi ilə açıldı və əsir mübadiləsində Türkiyə çox böyük rol oynadı. Türkiyədə yenidən nüvə müzakirələri aparılıb. Xatırlayırsınızsa, həm ABŞ-nin, həm də Rusiyanın kəşfiyyat rəhbərləri Türkiyədə görüşmüşdülər.

Bütün bu prizmalardan baxıldığında, Türkiyə bu prosesdə çox mühüm rolu üzərinə götürüb. Bu hadisələr dünya ictimaiyyətinə Türkiyənin nə qədər kritik geosiyasi aktor olduğunu göstərdi. Lakin Türkiyə bu rolu öz xeyrinə konkret qazanclara çevirməlidir. Yalnız mühiti hazırlayan ölkə olmaq kifayət deyil, bu prosesdən geosiyasi qazanc əldə etmiş tərəf kimi çıxmaq vacibdir. Əminəm ki, dövlətimiz artıq bu istiqamətdə ağıllı addımlar atır", - deyə Abdullah Ağar bildirib.

Elçin Aslangil

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 May 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri