Icma.az
close
up
RU
İspaniya DÇ 2030 un finalını başqa ölkəyə vermək istəmir

İspaniya DÇ 2030 un finalını başqa ölkəyə vermək istəmir

Icma.az bildirir, Idman.biz saytına əsaslanaraq.

İspaniya Kral Futbol Federasiyasının (RFEF) prezidenti Rafael Luzan 2030-cu il dünya çempionatının final matçının başqa ölkədə keçirilməsinə razı olmayacaqlarını açıqlayıb.

İdman.Biz xəbər verir ki, federasiya rəhbəri “El Chiringuito”ya müsahibəsində həlledici qarşılaşmanın İspaniyada təşkilinin prinsipial məsələ olduğunu vurğulayıb.

“Bu, müzakirə mövzusu deyil. Düşünürəm ki, məsul şəxslər və FIFA-nın 20-dən çox texniki mütəxəssisdən ibarət qrupu sağlam düşüncə və məntiq baxımından bu dünya çempionatının Avropa turniri olduğunu anlayırlar. Buna görə də final, şübhəsiz, burada keçirilməlidir”, - deyə Luzan bildirib.

Onun sözlərinə görə, FIFA-da finalın keçiriləcəyi məkanla bağlı məsələnin daha əvvəl həll olunmamasından təəssüflənirlər. Bununla belə, həm təşkilatda, həm də İspaniyada qarşıdan gələn seçkilər yekun qərarın qəbulunu çətinləşdirir.

Luzan İspaniya Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoonun açıqlamasına da münasibət bildirib. Siyasətçi daha əvvəl finalın keçirilməsi hüququ İspaniyaya verilməyəcəyi təqdirdə ölkənin mundialın təşkilindən imtina etməsini təklif etmişdi.

Federasiya prezidenti isə belə bir ehtimalı qəti şəkildə istisna edərək İspaniyanın turnirə ev sahibliyindən imtina etməyəcəyini vurğulayıb.

Qeyd edək ki, 2030-cu il dünya çempionatına İspaniya, Portuqaliya və Mərakeş ev sahibliyi edəcək. İlk dünya çempionatının 100 illiyi münasibətilə Uruqvay, Argentina və Paraqvayda da hərəyə bir oyun keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 14 Noyabr 2026 00:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see352

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see283

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see270

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see255

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see240

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see228

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see221

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see219

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see217

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see210

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see209

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see205

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see196

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see193

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see185

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see183

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see179

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see175

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see174

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri