Icma.az
close
up
RU
Abdullah Öcalanın sağ əli azadlığa buraxıldı

Abdullah Öcalanın sağ əli azadlığa buraxıldı

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

PKK terror qruplaşmasının həbsdə olan lideri Abdullah Öcalanın "sağ əli" olan Veysi Aktaş həbsdən azad edilib.

“Cebheinfo.az”-ın məlumatına görə, PKK terror təşkilatının “İmralı F” tipli Yüksək Təhlükəsizlik Həbsxanasında saxlanılan üzvü Veysi Aktaş 31 il 3 aydan sonra azadlığa çıxıb.

Veysi Aktaş 2013-2015-ci illər arasında sülh prosesində Mehmet Sait Yıldırım, Ömər Hayri Konar, Çetin Arkaş və Nəsrullah Kuranla birlikdə İmralı Həbsxanasına köçürülüb.

30 illik həbs cəzasını tamamlayan Aktaşın qanuni cəza müddəti 2024-cü il aprelin 28-də başa çatıb. Lakin Aktaşın azadlığa buraxılması İnzibati və Nəzarət Şurasının qərarı ilə əvvəlcə bir il, sonra isə daha üç ay təxirə salınıb. 

Bir il üç ay təxirə salındıqdan sonra Aktaş iyulun 25-də İmralı həbsxanasından azad edilib.

Qeyd edək ki, PKK lideri Abdulla Öcalanın təşkilat üzvlərinə silahları təhfil vermək çağırışından sonra Türkiyə hakimiyyətinin həbsdəki bir sıra terrorçuları azadlığa buraxa biləcəyi barədə məlumatlar səslənməyə başlayıb.

Hətta iranlı Nobel sülh mükafatçısı Şirin  İbadinin təşəbbüsü ilə 88 nəfər Nobel mükafatı laureatı beynəlxalq qurumlara və Türkiyə prezidentinə müraciət edərək Abdulla Öcalanın azad edilməsinə çağırıblar.

Lakin bu kimi məsələlər daha çox PKK-nın Türkiyə, İran, İraq və Suriyadakı bütün qollarının silahlı mübarizəni dayandırmasından asılıdır.

Həbs müddəti 1,3 il uzadılmış Veysi Aktaşın İmralıdan azadlığa buraxılması bu baxımdan, PKK-çılara siyasi jest kimi dəyərləndirilə bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 26 İyul 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see358

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see338

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see318

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see318

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see283

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see279

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see268

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see262

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see224

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see210

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see209

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see205

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see203

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see199

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see197

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see196

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see194

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see185

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see185

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri