Bu gecə Qunduz ayı müşahidə olunacaq
Icma.az bildirir, Redaktor.az portalına istinadən.
2026-cı il noyabrın 24-dən 25-nə keçən gecə ardıcıl üç superay hadisəsindən birincisi - "Qunduz ayı" adlandırılan noyabr dolunayı müşahidə olunacaq.
Redaktor.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası məlumat yayıb.
Mütəxəssislərin məlumatına görə, Ay Yerdən təxminən 360 000 kilometr məsafədə olacaq ki, bu da mümkün minimal məsafəyə (356 000-357 000 kilometr) yaxındır. Buna görə də Ay diskinin görünən sahəsi orta göstəricidən təxminən 15%, il ərzindəki minimal göstəricidən isə təxminən üçdəbir qədər böyük olacaq.
Qış dolunayları ölçüləri ilə yanaşı, üfüqdən xeyli yüksəyə qalxmaları ilə də fərqlənirlər. Belə ki, Ay yayda günorta saatlarında Günəşin çatdığı hündürlüyə qədər yüksəlir.
Bu astronomik hadisə ardıcıl üç superay silsiləsinin başlanğıcı olacaq. Növbəti iki superay dekabr və yanvar aylarında gözlənilir.
"Qunduz ayı" adı Şimali Amerikanın yerli xalqlarının təqvimindən və "Köhnə fermer almanaxı"ndan qaynaqlanır. Belə ki, noyabr ayında qunduzlar qışa hazırlıq məqsədilə fəal şəkildə bəndlər tikir və onları möhkəmləndirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 24 Noyabr 2026 19:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















