Icma.az
close
up
RU
Abdullah Tancan: Naxçıvan və Qarabağdakı layihələr iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək

Abdullah Tancan: Naxçıvan və Qarabağdakı layihələr iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək

Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün Türkiyənin elektrik enerjisinə olan tələbatının təxminən 50 faizi bərpa olunan enerji mənbələri hesabına ödənilir. Bu istiqamətdə irəliləyişi davam etdirmək üçün səylərimiz ardıcıl şəkildə həyata keçirilir.

APA xəbər verir ki, bu sözləri Türkiyə Respublikasının energetika və təbii sərvətlər nazirinin müavini Abdullah Tancan Naxçıvan şəhərində keçirilən Beynəlxalq Geologiya-Mədənçilik Forumunda deyib.

Onun sözlərinə görə, enerji keçidinin uğuru təkcə texnologiyadan deyil, həm də bu texnologiyalara imkan verən strateji minerallardan asılıdır. Bu səbəbdən geoloji kəşfiyyat işləri, ehtiyatların müəyyən edilməsi və Naxçıvanla birgə reallaşdırılacaq investisiya layihələri xüsusi əhəmiyyət kəsb edir.

Abdullah Tancan qeyd edib ki, Türkiyə, Azərbaycan və Naxçıvan dünyanın əsas metallogenik qurşaqlarından biri olan Alp-Himalay Orogenik qurşağında yerləşir. Bu kəmər zəngin faydalı qazıntı yataqları ilə seçilir və aparılan kəşfiyyat işləri nəticəsində yeni yataqların aşkarlanması təəccüblü deyil.

“Əminəm ki, birgə səylərimiz həm bizim, həm də siz – qardaş və bacılarımız üçün olduqca mühüm nəticələr verəcək. Bu prosesdə bəlkə də ən vacib addım Naxçıvanda həyata keçiriləcək layihə olacaq. Layihə çərçivəsində çöl işlərinə start verilir, daha sonra isə qazma və kəşfiyyat mərhələləri ilə davam etdiriləcək”, - nazir müavini vurğulayıb.

Bu kimi birgə geoloji kəşfiyyat layihələrinin inkişafı üçün həm nazirliklərarası Anlaşma Memorandumlarının, həm də elmi və institusional səviyyədə protokol və sazişlərin imzalanmasına böyük önəm verirəm. Naxçıvan və Qarabağda reallaşdırılan bu layihələr hər iki qardaş ölkənin iqtisadiyyatına töhfə verəcək strateji faydalı qazıntıların aşkara çıxarılması baxımından xüsusi əhəmiyyət daşıyır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://apa.az
archiveBu xəbər 25 İyul 2025 11:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2021

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see239

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see199

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see184

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see181

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see160

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see155

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see143

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see138

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see137

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see135

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see132

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see130

Əsl insan beynindən hazırlanan kompüterlər gəlir

08 Dekabr 2025 03:04see129

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see128

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see127

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see127

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see127

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see126

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri