Icma.az
close
up
RU
Aberdində Gənclər Günü Azərbaycan ruhu ilə qeyd olunub

Aberdində Gənclər Günü Azərbaycan ruhu ilə qeyd olunub

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

 Böyük Britaniya krallığına daxil olan  Şotlandiyada yaşayan azərbaycanlılar üçün Aberdin şəhərində – Gənclər Günü münasibətilə xüsusi mədəni gecə təşkil olunub. Tədbir uzun illər Afrikada yaşayan , Nigeriyada təsis edilmiş Azərbaycanın Dostları Təşkilatının təsisçisi Billurə Bayramova – Bernard ailəsinin Avropada təsis etdiyi BA Mədəniyyət Mərkəzinin təşəbbüsü və Aberdin Universiteti Azərbaycan Cəmiyyətinin (ASUA) iştirakı ilə baş tutub. Azərbaycan diasporunu bir araya gətirən bu gecə, milli ənənələr, musiqi və ləzzətli yeməklərlə zənginləşən unudulmaz bir bayrama çevrilib.

Bu barədə B.Bernardın XQ-yə verdiyi məlumatda deyilir: “Gecədə Azərbaycanın zəngin mətbəxi nümayiş etdirildi. Tədbir boyu qonaqlara milli təamlarımız ilə bərabər milli musiqilərimiz də təqdim olundu. Bu ləzzətlər tədbir iştirakçılarını doğma vətənlərinə daha da yaxınlaşdırdı, unudulmaz xatirələr oyatdı”. 

 Tədbir təşkilatçılarının sözlərinə görə, məqsəd ölkə xaricində təhsil alan gənclərimizi bir araya gətirmək, onlarda Azərbaycan ruhunun yaşamasına və birlik hissini daha da gücləndirməsinə  imkan yaratmaqdır. 

Bu təşəbbüs Azərbaycan diasporunun həmrəyliyini və milli kimliyimizin qorunmasının vacibliyini bir daha sübut etdi. BA Mədəniyyət Mərkəzi və ASUA bu cür tədbirlərin davamlı təşkilini dəstəkləyərək, xaricdə yaşayan gənclərin öz köklərindən uzaq düşməməsinə və Azərbaycan mədəniyyətini beynəlxalq müstəvidə təbliğ etməsinə töhfə verməyə davam edəcəklər.

Z.HÜSEYNOVA

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Fevral 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri