Icma.az
close
up
RU
Azərbaycanın milli rəqsləri Aberdində tanıdılıb

Azərbaycanın milli rəqsləri Aberdində tanıdılıb

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Aberdin, 1 iyun, AZƏRTAC

Şotlandiyanın Aberdin şəhərində BA Mədəniyyət Mərkəzi tərəfindən “Azərbaycan rəqslərini kəşf et” adlı rəqs seminarı təşkil olunub.

AZƏRTAC xəbər verir ki, ödənişsiz seminar iştirakçılara Azərbaycan milli rəqslərinin ritmik gözəlliyini və bədii ifadə imkanlarını kəşf etməyə şərait yaradıb. Hər rəqsin arxasındakı zəngin tarixi və mədəni irs əyani şəkildə təqdim edilib. Şəhər üzrə rəqs həvəskarlarını bir araya gətirən tədbir Billurə Bernardın və Aberdin Universitetindən Helen Linçin rəhbərliyi ilə keçirilib. Tədbir Azərbaycanın 28 May Müstəqillik Günü münasibətilə keçirilən tədbirlər silsiləsində baş tutub.

Seminarda iştirakçılar “Uzun Dərə”, “Yallı” və digər ölkələrə məxsus rəqsləri öyrənərək, Azərbaycan rəqs sənətinin qədim ənənələri, kollektivlik ruhu, dinamik hərəkətlər və əl jestləri ilə zəngin olduğunu praktiki şəkildə yaşayıblar.

Tədbir zamanı Aberdin Universitetinin ədəbi yaradıcılıq və erkən müasir ədəbiyyat üzrə mühaziri Helen Linç mədəniyyətlərarası əməkdaşlıq sahəsindəki təcrübəsini bölüşüb. O, universitetdə Albaniya, Bolqarıstan, Yunanıstan, Serbiya, Rumıniya, Türkiyə və digər ölkələrin rəqslərini əhatə edən Balkan rəqs seminarları ilə də tanınır. Helen Linç və Billurə Bernard Azərbaycan rəqsinin özünəməxsus ritmlərini və hekayələrini iştirakçılara ustalıqla çatdıraraq, müxtəlif mədəniyyətlərin paylaşılmasına və anlaşılmasına töhfə verib.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 İyun 2025 16:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see290

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see267

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see266

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see266

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see262

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see256

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see250

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see241

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see233

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see225

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see222

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see221

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see215

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see215

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see201

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see200

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see197

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see192

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see186

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri