“A.B.İ.”ni Bergüzar da xilas edə bilmədi
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyədə televiziyanın yeni mövsümündə ilk erkən final qərarlarından biri “A.B.İ.” serialı ilə bağlı olub.
“Qafqazinfo” xəbər verir ki, Kenan İmirzalıoğlu və Bergüzar Koreli 11 ildən sonra yenidən eyni layihədə bir araya gətirən serialın ekran macərası başa çatır.
“A.B.İ.” serialının ikinci mövsümün 5-ci bölümü ilə final edəcəyi bildirilir. ATV-də çərşənbə axşamları yayımlanan serialın erkən bitirilməsi qərarının sentyabrın 22-də açıqlanan reytinq nəticələrindən sonra verildiyi qeyd olunur.
Serialın istehsalçısı “OGM Pictures”dir. Qərarla bağlı kanal və ya istehsal şirkəti tərəfindən rəsmi açıqlama verilməyib.
Kenan İmirzalıoğlu və Bergüzar Korel illər əvvəl “Karadayı” serialında baş rolları bölüşüblər. İki aktyorun 11 ildən sonra “A.B.İ.” layihəsində yenidən bir araya gəlməsi serialın ən çox müzakirə olunan məqamlarından biri olub.
Bergüzar Korel serialda İmirzalıoğlunun canlandırdığı “Doğan”ın keçmişi ilə bağlı “Leyla” obrazını canlandırıb.
Baxış sayı:68
Bu xəbər 24 Sentyabr 2026 03:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















