Musa Qurbanlı: “Son illər çox artırıblar, ən azından cəhd edəcəyik” MÜSAHİBƏ
Idman.biz saytından alınan məlumata görə, Icma.az bildirir.
“Əlbəttə, çalışıram ki, 90 dəqiqə oynamağa hazır olum. Bəzən az oynasam da, məşqlərdə daha çox çalışıram ki, bunu kompensasiya edim”.
Bunu “Qarabağ”ın hücumçusu Musa Qurbanlı futbolxeber.az-a müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik.
- “Liverpul” səfərindən sonrakı həm mənəvi, həm də fiziki yorğunluq bu matça nə dərədəcə təsir göstərdi?
- Əlbəttə, təsiri oldu. Hamısı üst-üstə yığışır. Yol uzun idi. Futbolçular oyunda çox əziyyət çəkmişdilər. Xüsusən də əsas heyətdə yer alanlar. 90 dəqiqə oynayıb, uzun yol qət edib, sonra yenidən bu cür gərgin matça çıxmaq asan deyildi. Çox xoşdur ki, bunun öhdəsindən gəldik.
- Çempionlar Liqasının pley-offunda “Nyukasl”la qarşılaşacaqsınız. Razısınız ki, rəqib hər nə qədər güclü olsa da, şans var?
- Əlbəttə, şans həmişə var, futboldur. Rəqib çox ağırdır. “Nyukasl” Premyer Liqanın öndə gedən komandalarındandır. Son illər çox artırıblar. Sürətli futbolçuları var. Ən azından cəhd edəcəyik. Şans varsa, çalışacağıq ondan istifadə edək.
- Son zamanlar əksər matçlarda sonradan meydana daxil olursunuz. Öz idman formanızdan nə dərəcədə razısınız?
- Əlbəttə, çalışıram ki, 90 dəqiqə oynamağa hazır olum. Bəzən az oynasam da, məşqlərdə daha çox çalışıram ki, bunu kompensasiya edim. Nə zaman şans verilsə, hazır olum, komandaya kömək edim. Lakin futbolçu nə qədər oynasa, bir o qədər forma yığır. Məşqlə oyun bir deyil.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:27
Bu xəbər 03 Fevral 2026 18:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















