Icma.az
close
up
RU
Abort ağırlaşması zamanı nələr baş verir?

Abort ağırlaşması zamanı nələr baş verir?

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Abort ilk növbədə hələ doğulmamış insanın qəsdən öldürülməsidir, böyük günahdır.

Digər tərəfdən isə abort qadının orqanizminə kobud və təhlükəli müdaxilədir ki, bunun ağırlaşmları və fəsadları qadının səhhətini və hətta həyatını korlaya bilər.

Həkimlərin ümumi fikirinə görə, abortların əksəriyyəti bu və ya digər erkən və ya gecikmiş ağırlaşma və fəsadlar verir. Söhbət tək cərrahiyyə abortlarndan yox, daha "qoruyucu" mini-abortlardan və farmabortlardan (dərmanlar vasitəsilə) da gedir.

Abortların ən ağır fəsadlarından biri - uşaqlığın perforasiyası (deşilməsi). Belə ağırlaşma cərrahiyyə abortlar (və hətta mini-abortlar) zamanı hər bir qadında mümkündür. Məsələ burasındadır ki, abort edən həkim uşaqlığın divarlarını görmür, "kor-korana" işləyir. Nəticədə adort zamanı istifadə olunan xüsus iti bıçaq - küret - uşaqlığın divarından dölü "qaşıdıqda" onu asanlıqla deşə bilər. Uşaqlıqdan başqa yaxında yerləşən orqanlar - bağırsaqlar, sidik kisəsi - və burada keçən iri damarlar da  zədələnə bilər.

Bütün bunlar qadının səhhəti və hətta həyatı üçün çox ciddi təhlükə yaradır. Qadında güclü qanaxma, peritonit (qarın boşluğu divarının iltihabı), sepsis (qana düşmüş xəstəliktörədici mikrobların bütün bədənin zəhərlənməsi) inkişaf edə bilər. Bəzi hallarda (iri damarlar zədləndikdə və s.) qadının həyatını xilas etmək üçün həkimlər hətta uşaqlığı xaric etməli olurlar.

Nəzərinizə çatdıraq ki, hətta çox təcrübəli həkimin etdiyi abort zamanı belə ağırlaşma mümkündür.

Bəzi hallarda abortdan sonra uşaqlıq boşluğunda dölün hissələri qalır. Buna natamam abort deyilir. Natamam abort uşaqlığın normal yığılmasına mane olur ki, nəticədə güclü qanaxma baş verir (qadın 1 saat ərzində 2 bez dəyişməli olur). Bundan əlavə uşaqlıq boşluğunda qalan dölün hissələri infeksiyalaşaraq güclü iltihaba səbəb ola bilər ki, nəticədə qadında həyatı üçün təhlükəli olan hallar - peritonit, sepsis inkişaf edə bilər. Natamam abortun simptomları: qarının aşağı hissəsində kəskin tutmaşəkilli ağrılar, güclü qanlı ifrazatlar, hərarətin yüksəlməsi, halsızlıq, ürəkbulanması.

Özündə bu kimi əlamətləri hiss etdikdə qadın dərhal həkimə müraciət etməlidir. Natamam abort kimi ağırlaşma bir çox hallarda farmabortlardan sonra inkişaf edir.

Bu fəsadların müalicəsi üçün qadın bir çox hallarda təkrar aborta (mini və ya cərrahiyyə) məruz qalır və uşaqlıq boşluğunda qalmış dölün hissələri oradan xaric olunur.

Bəzən abortdan sonra qadında cinsiyyət yolundan qan ifraz edilmir. Bu da təhlükəli simptomdur. Qan uşaqlıq boşluğunda yığılmağa başlayır. Nəticədə qadını qarının aşağı hissəsində güclü ağrılar və dartınma hissi narahat etməyə başlayır. Bu halda da mütləq həkimə müraciət etmək lazımdır.

Bundan əlavə hətta "yaxşı" keçmiş abortdan sonra qadın cinsiyyət sistemi iltihabları, hormonal pozulmalar, endometrioz, mioma, polip, uşaqlıq boynunun patologiyaları  inkişaf edə bilər.

Abortdan sonra inkişaf etmiş qadın cinsiyyət sistemi iltihabları (yumurtalıqların, uşaqlıq borularının, uşaqlığın) qadında sonsuzluğa səbəb ola bilər.

Mini- və cərrahiyyə abortları zamanı uşaqlıq boynunu enlətmək üçün xüsusi alətlər  istifadə olunur ki, onlar uşaqlıq boynunu zədələyir və hətta yırtıla bilər. Nəticədə uşaqlıq boynunun çatışmazlığı inkişaf edir. Bunun nəticəsində hamiləlik zamanı abortda zədələnmiş uşaqlıq boynu lazım olan vaxtdan tez açılmağa başlayır və dölsalma baş verir. Nəticədə qadın hamiləliyi doğuşa qədər çatdıra bilmir.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see936

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see395

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see347

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see335

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see312

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see305

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see267

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see265

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see246

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see217

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see216

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see212

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see211

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see205

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see204

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see203

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see202

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see188

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see183

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri