Spirtli içkidən 32 nəfər öldü İranda
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranda son 10 gündə saxta spirtli içkidən 466 nəfər zəhərlənib, onlardan 32-si ölüb.
Milli.Az "Tasnim" agentliyinə istinadən xəbər verir ki, bu barədə məlumatı İran Hüquq-Mühafizə Qüvvələrinin sözçüsü Səid Müntəzərül-Mehdi paylaşıb.
"Son 10 gün ərzində ölkənin beş əyalətində spirtli içkilərin qəbulu nəticəsində 466 nəfər zəhərlənib, onlardan 32 nəfəri həyatını itirib", - sözçü bildirib.
Onun sözlərinə görə, ötən 8 ay ərzində 4,5 milyon litrdən çox kustar üsulla hazırlanmış spirtli içki aşkar edilib, onların hazırlanması və paylanması cinayətləri ilə əlaqədar 41 mindən çox şəxs həbs olunub.
Sonuncu dəfə noyabrın 22-də İranın şimal-şərqindəki Nişapur şəhərində spirtli içkidən kütləvi zəhərlənmə faktı qeydə alınıb. O zaman zəhərlənən 33 nəfərdən üçü ölüb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 29 Noyabr 2026 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















