Icma.az
close
up
RU
Abortdan sonra yenidən hamilə qalmaq Təhlükəli tərəfləri

Abortdan sonra yenidən hamilə qalmaq Təhlükəli tərəfləri

Icma.az, Saglamolun portalına istinadən məlumat yayır.

ABORTUN EFFEKTİVLİYİ

Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir.

Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir.

Vakuum aspirasiyası və qaşıyıb təmizləmə dərman vasitəsi ilə abortdan daha effektivdir və hamiləliyin qalma riski təxminən 0,2-0,8% təşkil edir.

ABORTUN HAMİLƏLİYİ ARADAN QALDIRDIĞINI NECƏ BİLMƏK OLAR?

Hamiləliyin olub olmamasının ən dəqiq öyrənilmə üsulu uşaqlığın USM-nin keçirilməsidir. Adətən həkim ginekoloq abortdan bir neçə həftə sonra uşaqlığın yoxlama USM-nin keçirilməsini təyin edir. Əgər döl USM-də görünməzsə, böyük dəqiqlik dərəcəsi ilə nəticəyə gəlmək olar ki, hamiləlik aradan qaldırılmışdır.

Hamiləliyin olmamasında və abortun düzgün keçirilməsində əlavə olaraq əmin olmaq üçün həkim bir neçə ardıcıl İXQ (insanın xorionik qonadotropini) analizini təyin edə bilərş Qandan düz tam yox olmasına qədər İXQ səviyyəsinin proqressiv azalması hamiləliyin olmamasının və abortun uğurlu keçməsinin dəqiq əlamətidir 

ABORTDAN SONRA HAMİLƏLİK TESTİNİN MÜSBƏT OLMASI

Məlum olduğu kimi, müasir ev hamiləlik testləri hamiləliyin özünü deyil, onun qadının qanında əlamətlərini müəyyən edirlər (daha dəqiq desək, İXQ səviyyəsinin çoxalmasını). Hətta dölün uğurlu götürülməsindən sonra da qadının qanında müəyyən müddət ərzində böyük miqdarda İXQ-nin dövr etməsinə görə abortdan bir neçə gün sonra edilən ev hamiləlik testləri müsbət nəticə göstərməyə davam edir.

Abortdan bir neçə gün sonra hamiləlik testinin müsbət nəticəsinin alınması hamiləliyin əlaməti hesab etmək olmaz. Əgər abortdan 2-3 həftə sonra siz hamiləlik testinin ardıcıl olaraq bir neçə müsbət cavab almısınızsa, mütləq həkimə müraciət edin. Bu onun əlaməti ola bilər ki, uşaqlıqda döl və ya onun qişalarının fraqmentləri qalmışdır. 

ABORTDAN SONRA HAMİLƏLİK QALMIŞDIRSA NƏ ETMƏK LAZIMDIR?

Əgər abortdan sonra uşaq (döl) sağ qalmışdırsa, və ya uşaqlıqda onun toxumalarının fraqmentləri qalmışdırsa – həkimlər prosedurun təkrar keçirilməsini təklif edə bilərlər (məsələn, dərman vasitəsi ilə uğurzus abortdan sonra vakuum aspirasiyası və ya qaşıyıb təmizləmə).

Təkrar prosedur adətən 100% effektivdir.

ABORTDAN SONRA MAYALANMA, HAMİLƏLİK VƏ DOĞUŞ

Adətən dərman vasitəsi ilə və ya cərrahi abort qadının gələcəkdə uşaq sahibi olmaq imkanına uzun müddətli təsir göstərmir. Bu səbəbdən də, abortdan sonra qadın artıq növbəti aybaşıların bitməsindən sonra hamilə qala bilər (abortdan təxminən 3-4 həftə sonra).

Hamiləliyin abortdan sonra dərhal və ya bir neçə ay keçməsindən sonra əmələ gəlməsi, əlbətti ki, arzuolunmazdır, çünki bu halda onun inkişafının yenidən dayandırılması zərurəti yarana bilər. Əgər qadın uşağı saxlamağa qərar verərsə - onun sağlamlığına görə narahatçılıq keçirməyə heç bir səbəb yoxdur. Yaxın zamanda keçirilmiş abort gələcək uşağın sağlamlığına zərər verə bilməz.

Abortdan sonra doğuş adətən normal keçir.

Abortdan sonra hamiləliyin planlaşdırılması

Yuxarıda deyildiyi kimi, yeni hamiləliyin əmələ gəlməsi abortdan artıq bir neçə həftə sonra mümkündür, lakin çox az hallarda abort etməyə qərar vermiş qadın elə tez uşaq sahibi olmağa cəsarət edir. Təkrar hamiləliyin tez əmələ gəlmə mümkünlüyü ilə bağlı olaraq, abortdan sonra  gələcək uşağın mayalanmasını düzgün planlaşdırmağa və təkrar abortların zərurətini aradan qaldırmağa kömək edəcək hamiləliyin qarşısını alan vastilələrdən istifadə etmək çox vacibdir.

Yeni hamiləliyin planlaşdırması istifadə etdiyiniz hamiləliyin qarşısını alan vasitədən asılıdır. Məsələn, əgər siz hamiləliyin qarşısını alan tabletlərdən və ya uşaqlıq daxili spiraldan istifadə edirsinizsə, siz bu kontrasepsiya üsulunun istifadəsinin dayandırılmasından  bir neçə həftə və ya ay sonra hamilə qala biləcəksiniz. Əgər siz medroksiprogesteron asetat inyeksiyalarından istifadə edirsinizsə - yeni uşaq mayalandırmaq qabiliyyətinin bərpası bir neçə ay və ya hətta il çəkə bilər.

Əgər siz heç bir qorunma üsulundan istifadə etmirsinizsə - cinsi həyata yenidən başladıqdan sonra siz yaxın bir neçə ay ərzində hamilə qala bilərsiniz (ən geci 1 il ərzində).

Abortdan sonra yeni  hamiləliyə heç bir xüsusi hazırlıq tələb olunmur. 

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 17 Noyabr 2024 05:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri