Icma.az
close
up
RU
ABŞ Almaniya üçün Alternativ partiyasının açıq şəkildə sağ radikal təşkilat kimi tanınmasını edib

ABŞ Almaniya üçün Alternativ partiyasının açıq şəkildə sağ radikal təşkilat kimi tanınmasını edib

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Berlin, 3 may, AZƏRTAC

ABŞ hökuməti Almaniyanın daxili kəşfiyyat idarəsi - Federal Konstitusiyanı Mühafizə İdarəsi (BfV - Bundesamt für Verfassungsschutz) Almaniya üçün Alternativ (AfD) partiyasını açıq şəkildə sağ radikal təşkilat kimi təsnif etməsini tənqid edib.

AZƏRTAC “Stern” jurnalına istinadla xəbər verir ki, ABŞ-ın dövlət katibi Marko Rubio X platformasındakı paylaşımında qeyd edib: “Almaniya casusluq agentliyinə müxalifəti izləmək üçün yeni səlahiyyətlər verib. Bu, demokratiya deyil, gizli tiraniyadır”.

O, radikal olanın AfD deyil, partiyanın qarşı çıxdığı açıq sərhəd siyasəti olduğunu qeyd edərək bildirib ki, Almaniya kursunu dəyişməlidir.

Amerikalı milyarder, Almaniyadakı seçki kampaniyası dövründə AfD-yə açıq şəkildə dəstək verən İlon Mask da məsələyə münasibət bildirib. O, X platformasındakı paylaşımında yazıb: “Almaniyanın ən populyar partiyası olan AfD-nin qadağan edilməsi demokratiyaya qarşı ciddi hücum olar”.

Almaniyanın Xarici İşlər Nazirliyi Marko Rubionun paylaşımına cavab verərək, AfD ilə bağlı qərarı demokratik addım kimi qiymətləndirib. Nazirlik X platformasında yazıb: “Bu, demokratiyadır. Bu qərar Konstitusiyamızı və hüququn aliliyini qorumaq məqsədilə aparılan dərin və müstəqil araşdırmanın nəticəsidir”.

Xarici İşlər Nazirliyi daha sonra qeyd edib: “Son sözü müstəqil məhkəmələr deyəcək. Biz tariximizdən öyrənmişik ki, sağ radikalizmə qarşı vaxtında tədbir görülməlidir”.

Xatırladaq ki, Federal Konstitusiyanı Mühafizə İdarəsi (BfV) AfD-ni bir neçə il davam edən araşdırmalardan sonra açıq şəkildə sağ radikal təşkilat kimi tanıyıb. Bu qərardan sonra AfD-nin qadağan olunması ilə bağlı müzakirələr yenidən aktuallaşıb.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:139
embedMənbə:https://azertag.az
archiveBu xəbər 03 May 2025 07:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see437

Azərbaycanda vərəm xəstələrinin sayı 6 mini ÖTDÜ Rəsmi AÇIQLAMA

23 Sentyabr 2025 08:52see146

Fələstindən danışan Ərdoğanın mikrofonunu söndürdülər VİDEO

23 Sentyabr 2025 01:45see144

Qızıl Top Usman Dembelenin oldu

23 Sentyabr 2025 01:06see139

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see133

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see133

ABŞ də pələng təlimçini öldürdü

23 Sentyabr 2025 06:17see132

Elariz Məmmədoğlunun zoopark macərası gündəm oldu

23 Sentyabr 2025 01:34see132

“Fələstin xalqı üçün dövlətçilik mükafat deyil, hüquqdur“ Quterreş

23 Sentyabr 2025 01:32see131

A Seriyası: Son çempion evində qalib gəldi

23 Sentyabr 2025 01:18see130

Damcılı düşərgəsində arxeoloji qazıntıların dünəni və bu günü

23 Sentyabr 2025 11:04see130

İslam Mahaçev əfsanəvi restlerlə görüşüb FOTO

23 Sentyabr 2025 06:22see128

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see124

Meyxanaçı Xəyyamın anası vəfat etdi

23 Sentyabr 2025 11:34see122

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see122

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see122

Upamekanonun “Real” arzusu

22 Sentyabr 2025 20:21see122

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see122

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see119

Beynəlxalq Bankın keçmiş rəhbəri Elmar Məmmədov dindirildi

23 Sentyabr 2025 04:15see117
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri