Icma.az
close
up
RU
Endirimli geyindirim FELYETON

Endirimli geyindirim FELYETON

Icma.az, Ses qazeti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Elçin Bayramlı

Son zamanlar ticarət və iaşə obyektlərində müхtəlif faizli güzəşti nəzərdə tutan endirim kampaniyalarının keçirildiyi haqda elanların sayı kəskin şəkildə artıb. Mağazaların vitrinlərində, iri reklam şitlərində satış qiymətlərinin хeyli dərəcədə aşağı salınması barədə məlumat verilir. Bu proses bəzi mağazalarda ilboyu davam edir.

Aydındır ki, bu kampaniyanın reallaşdırılmasında məqsəd yalnız satılacaq mal və məhsullara tələbatı artırmaq üçün onların reklamının təşkili, satılmayan malları baha qiymətə alıcılara sırımaqdir.

Bundan başqa, istifadəyə yararsız və istismar müddəti bitmiş məhsulların satış dövriyyəsinə buraхılması üçün də bəzi ticarət obyektlərinin məlum “endirim güzəştləri”ndən istifadə etdiyi heç kimə sirr deyil.

Bütün dünyadan fərqli olaraq bizdə insanlara, əsasən, geyiminə görə münasibət göstərirlər. Bu səbəbdən də Azərbaycan əhalisi üçün zəruri mallar kateqoriyasında geyim, hətta qidadan da öndə yer alır.

Ən ucuz və keyfiyyətsiz ərzaqla qidalanan, amma bahalı və dəbdə olan geyimə üstünlük verən insanlar bizdə kifayət qədər çoxdur. Bu isə, ölkədə paltar bazarının çiçəklənməsinə böyük imkanlar yaradıb. Belə çiçəklənməni əlbəttə, yaxşı hal hesab etmək olardı, bir şərtlə ki, bu, paltar bazarının keyfiyyətsiz məhsullarla doldurulması və istehlakçıların aldadılması ilə müşayiət olunmasın.

Xarici ölkələrdə bir ilin geyim kolleksiyası növbəti ildə satılmır. Çünki mövsümün sonuna doğru geyim kolleksiyalarında endirim kampaniyaları elan olunur və bu malların, demək olar ki, hamısı satılır. Bizdə isə, əksər hallarda satılmamış mallar növbəti ilə saxlanılır və guya yeni dəbə minmiş paltar kimi yenidən satışa çıxarılır.

Bu gün Bakıdakı mağazaların əksəriyyətinin vitrinlərində yazılmış lövhələrdə 30, 50, hətta 70 faizlik endirim elan edilib. Lakin mallara baxanda məlum olur ki, bu endirim yalnız əhəmiyyətsiz, satılmayan, keyfiyyətsiz mallara aiddir. Üstəlik, qiymətlər hər hansı bir ucuzlaşma edildiyini düşünməyə əsas vermir.

Belə çıxır ki, endirim edilənədək hər hansı bir paltar 100 manata satılırmış. Geyimlərin keyfiyyətindən və tikiliş səviyyəsindən azca anlamaq kifayət edir ki, belə paltarların real dəyərinin maksimum 20 manat olduğunu başa düşəsən. Belədə mağaza, məsələn, 30 manata satmaqdan məmnun olduğu hər hansı bir geyimi, guya əvvəlki qiyməti 100 manat imiş kimi, 70 faizlik endirim adı ilə 30 manata satır.

Üstəlik, “şok endirim” sözünü görüb mağazaya daxil olan alıcıların sayı artır. Gözəl-göyçək satıcı qızlar da (boş yerə xarici görünüşü gözəl olan gənc qızları belə yerlərdə işə cəlb etmirlər ki?) əzilib-büzülərək müştərini şirin dillə ələ alır, malı layiq olmadığı təriflərə qonaq edərək alıcının dükandan əliboş çıxmasına imkan vermirlər.

Hansısa mala baxmaq istəyən alıcıya isə təxminən belə sözlər deyilir- “Siz özünüz müasir, savadlı adama oxşayırsınız. Elə geyiminizdən hiss olunur ki, aristokrat adamsınız (?). Sizcə belə malı bundan aşağı qiymətə almaq olarmı?”

“Qoltuğuna qarpız verilmiş” müştəri isə bir az tərəddüd etsə belə, plastik manekenə oxşayan satıcı xanımın qızıl kimi vaxtını aldığından xəcalət çəkərək həmin malı almağa məcbur olur.

Hazırda “endirim” mağazalarında şıdırğı "geyindirim" prosesi gedir. Necə deyərlər, alan razı, satan razı, nəyə lazımdı qazı?

Bazar olsun!

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:161
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 24 Dekabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see367

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see364

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see303

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see276

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see216

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see214

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see210

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see188

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see181

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see174

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see170

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri