İtaliya məktəblərində hicab qadağan edildi
Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliya parlamenti məktəblərdə əcnəbi uşaqların qəbul limiti və baş örtüyü ilə bağlı qadağaları təsdiqləyib.
Teleqraf xəbər verir ki, İtaliyanın Deputatlar Palatası cümə axşamı məktəb təhsili ilə bağlı dərslərdə xarici tələbələrin nisbətini 30%-lə məhdudlaşdıran və baş örtüyü ilə məktəbə getməyi qadağan edən qərarı təsdiqlədi.
ANSA-nın verdiyi məlumata görə, sənədə 142 deputat lehinə, 112 deputat əleyhinə səs verib, dörd deputat isə bitərəf qalıb.
Səsvermə zamanı müxalifət deputatları etiraz şüarları səsləndiriblər.
Hakim İtaliya Qardaşları Partiyasının parlament fraksiyasının sədr müavini Augusta Montaruli bildirib ki, xarici tələbələrin nisbətinin məhdudlaşdırılması siniflərdə ayrı-seçkiliyin qarşısını almaq məqsədi daşıyır. Onun sözlərinə görə, fərman həmçinin italyan dilinin tədrisinin gücləndirilməsini də nəzərdə tutur.
Təhsil naziri Cüzeppe Valditara bildirib ki, yeni tədbirlər italyan dilini bilmək və ümumi qaydalara riayət etməklə "əsl inteqrasiyanı" təşviq edəcək.
Bundan əlavə, fərman əlilliyi olan şagirdlərin müdafiəsini genişləndirir, dərsliklər üçün əlavə maliyyələşdirmə təmin edir və zorakılığa və kiberzorakılığa qarşı mübarizəni dəstəkləyir.
Müxalifətdəki Demokrat Partiyasının lideri Elli Şleyn sənədi “dəhşətli” adlandırıb və hökuməti məktəb binalarına investisiya qoymağa çağırdı. Partiyanın nümayəndəsi İrena Manzi bildirib ki, xarici tələbələrin payının məhdudlaşdırılması uşaqların mənşəyinə görə ayrılmasına səbəb olacaq və sinifdə xarici tələbələrin payı müəyyən edilmiş həddi keçərsə, onları məktəblərini dəyişməyə məcbur edə bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 27 Noyabr 2026 02:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















