Icma.az
close
up
RU
ABŞ Avropadan “əlini” çəkərsə...

ABŞ Avropadan “əlini” çəkərsə...

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

“Köhnə qitə”nin hərbi potensialı: Silah var, kadr hazırlığı məsələsi isə...

Son iki ayda baş verən hadisələr müxtəlif reallıqlarla yanaşı, “Qərb koalisiyası”nın dağılmasına işarə edir. Belə olan halda isə ortaya bir sıra mühüm suallar çıxır - xüsusilə, Qərb dünyasının əsas təhlükəsizlik meyarı sayılan və ABŞ-ın patronajlığında olan NATO-nun “qoca qitə”yə münasibətdə hansı mövqeni tutacağı bəlli deyil. Bəzi ekspertlər iddia edirlər ki, bu vəziyyət uzun müddətdir ki, müzakirə olunan “Avropa ordusu” məsələsini yenidən aktuallaşdırır. Qeyd edək ki, mütəmadi şəkildə gündəmə gətirilən “Avropa ordusu” ideyası ilk dəfə 1950-ci ildə ortaya çıxıb. Bu, Fransanın Şimali Atlantika Müqaviləsi imzalanmasından bir il sonrakı mövqeyi idi - bu ordunun NATO-dan fərqi fransız serjantlarının rəhbərlik etdiyi qarışıq batalyonlardan (Fransız, Alman, Hollandiya, Belçika və s.) ibarət olması məsələsi gündəmdə idi ki, fransızların fikrincə, bu, daha təhlükəsiz variant idi. Lakin “layihə” beşikdəcə” boğuldu. Əsas səbəb maliyyə idi - ordunun saxlanılması üçün maliyyənin əsas hissəsi ABŞ tərəfindən tədarük edilirdi. Bu baxımdan da, “Avropa ordusu” ideyası “qeyri-praktik” adlandırıldı.

Avropa Ordusu məsələsi yenidən gündəmə gəlir...

Bu ideyanın “sönməsindən” təxminən 70 il sonra “Avropa ordusu” fikrinin yenidən ortaya atılması məntiqi olaraq bir fikri təsdiqləyir - müttəfiqlər arasında fikir ayrılığı mövcuddur. Situasiyaya diqqət yetirdikdə isə görürük ki, fikir ayrılığının motivləri günü-gündən artır. Belə ki, Trampın Ukrayna ilə bağlı fərqli mövqe nümayiş etdirməsi, Rusiyaya münasibətdə loyallığı Avropanın “xoşuna gəlməməklə” yanaşı, onlar həm də özlərini müəyyən mənada “aldanmış” sayırlar. Axı, Baydenin onları “sürüklədiyi” yol tam fərqli bir məcra idi - xüsusilə, Qərbi Avropa bütünlüklə antiKreml mövqeyi sərgiləməklə “körpüləri yandırıb”. İndiki halda, Rusiya ilə yenidən “qonşu avropalı” kimi davranmaq bir az mümkünsüz görünür.

Paralel olaraq Tramp maliyyə məsələsində qətidir - bir sıra ekspertlərin də bildirdiyi kimi, NATO-nun “nüvə çətiri” birmənalı şəkildə ABŞ-ın ixtiyarındadır. Nəzərə alsaq ki, bu daha çox maliyyə tələb edir və NATO-nun ümumi xərclərinin də mütləq əksəriyyətini Vaşinqton ödəyir, Avropanın “müşahidəçi” olması qınanır. Başqa sözlə, ABŞ onun hərbi təhlükəsizlik çətiri altında olan Avropanın ən azından maliyyəni artırmalı olduğunu düşünür. Yeri gəlmişkən, artıq bu maliyyə vəsaitinin ölkələrin ÜDM-nin 5 faizi nisbətinə yaxınlaşdırılması qəti şəkildə qoyulub.

Təxminən 10 il vaxt lazımdır

Beləliklə, Avropa özünün fərqli təhlükəsizlik platforması üzərində artıq düşünməlidir - bu fakt bir çox məsələlərdə özünü bariz şəkildə ortaya qoyur. Amma indiki halda bu nə qədər mümkündür? Yeri gəlmişkən, Britaniyanın “The Economist” jurnalı yazıb ki, Avropa ölkələrinə döyüşə hazır silahlı qüvvələr və ABŞ-dən asılı olmayacaq güclü hərbi-sənaye kompleksi formalaşdırmaq üçün təxminən 10 il vaxt lazımdır. Nəşr qeyd edib ki, bu gün bəzi Avropa ölkələri üçün hətta bir döyüşə hazır briqada yaratmaq çətin olardı, halbuki Rusiya-Ukrayna müharibəsində hər iki tərəfdən təxminən 230 belə bölmə iştirak edir. Avropanın “Bruegel” analitik mərkəzinin hesablamalarına görə, müharibə vəziyyətində qitədə yerləşdirilə biləcək ABŞ-ın 300 min hərbi qulluqçusunu əvəz etmək üçün Avropa 50 yeni briqada yaratmalı olacaq.

Bundan əlavə, Londonda yerləşən “Royal United Services Institute for Defense and Security Studies”in (RUSI) ekspertləri hesab edirlər ki, Avropa məlumat toplama, müşahidə, hədəf aşkarlama və kəşfiyyat sistemləri baxımından demək olar, tamamilə ABŞ-dən asılıdır.

Hərbi təhsil problemi...

Bu reallıqdır - əgər “köhnə qitə” özünün müstəqil təhlükəsizlik arxitekturasını yaratmaq istəyirsə, hazırki hərbi xərclərini ən azı iki dəfə artırmalı olacaq. Əgər bu gün Avropanın ən böyük 15 NATO üzvü təşkilatın hərbi xərclərinin müəyyən fazini ödəyirsə, müstəqil hərbi struktur formalaşdıracağı təqdirdə bu maliyyə daha da böyüyəcək. Bu isə hazırki dövr üçün bir qədər əlçatmaz görünür. Avropanın özünün kollektiv müdafiə refleksini yaratması üçün real şərait, silah təchizatı, hətta konsepsiyası da ola bilər. Bununla bağlı “Strateji Avtonomiya” Konsepti, eləcə də, Avropa Müdafiə Fondu kimi layihələr də “masa” üzərindədir. Amma hər bir halda bu olduqca çətindir. Səbəb isə daha fərqlidir.

Avropa kontenti silah istehsalına görə dünyada ilk yerlərdən birini tutur - o baxımdan da, Fransa, Almaniya kimi böyük dövlətlərin qitənin silah təchizatında problemi ola bilməz. Problem kadr çatışmazlığıdır - nəzərə alınmalıdır ki, ötən illər ərzində Avropanın təhlükəsizliyinə cavabdeh olan qoşunlarda xidmət edən avropalı zabitlərin əksəriyyəti ABŞ-da təhsil alıb. Bu isə qitə üçün bir çox çətinliklər yaradır. Yerli kadr plotensialını artırmaq üçün Avropa ilk növbədə özünün “hərbi təhsil” kontentini formalaşdırmalıdır. Düzdür, epizodik olaraq bu təmayüllü hərbi məktəblər mövcuddur. Amma yeni standartlara cavab verən hərbi akademiyaların hazırlanması vaxt alacaq - bu isə qeyd edilən faktı bir daha təsdiqləyir. Avropanın müstəqil təhlükəsizlik çətirinin formalaşdırılması gələcək zamanın məsələsidir...

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:157
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Fevral 2025 08:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri