Icma.az
close
up
RU
ABŞ qoşunlarını Avropadan çıxaracaqlar

ABŞ qoşunlarını Avropadan çıxaracaqlar

Icma.az xəbər verir, Reyting.az saytına əsaslanaraq.


ABŞ-nın Avropadakı NATO müttəfiqləri qitədə Amerika qoşunlarının mövcudluğunun mümkün azaldılmasına hazırlıqlara başlayıblar.
Reyting.az
xəbər verir ki, bu barədə “Euractiv” Avropa rəsmilərinə istinadla yazıb.
Bildirilir ki, əsas problem ABŞ prezidenti Donald Tramp administrasiyasının NATO planları ilə bağlı dəqiq təfərrüatlar verməməsidir.
Qeyd olunur ki, bir çox avropalı NATO müttəfiqləri Trampın Avropada cəmləşmiş Amerika qoşunlarının sayını azaldacağına əmindir. Rəsmilərin fikrincə, onlar çox güman ki, Asiya və Yaxın Şərqə yönləndiriləcəklər.
NATO-nun hərbi planlayıcıları hələ nə qədər Amerika əsgərinin çıxarılacağını, bunun nə vaxt baş verəcəyini və Avropa qüvvələrinin Amerika əsgərlərini necə əvəz edəcəyini bilmirlər.
NATO rəsmilərindən biri jurnalistlərə deyib: “Məsələ Amerika qoşunlarının sayında azalma olub-olmayacağında deyil, bunun Alyansın mövcud müdafiə planlarına xələl gətirmədən nə dərəcədə nizamlı şəkildə həyata keçirilə biləcəyidir”.
Nəşr yazır ki, NATO-nun şərq cinahı ən çox Amerika qoşunlarının Avropadan çıxarılmasından narahatdır. Bu, Alyansın digər üzvlərindən gücləndirmə tələblərinə səbəb ola bilər.
Bundan əlavə, nəşr hesab edir ki, ABŞ-nın qitədən çıxması Amerikanın Almaniya və İtaliyadakı əsas hərbi bazalarına təsir göstərə bilər. Onlar Vaşinqtonun qitədəki qabaqcıl hərbi əməliyyatlarına dəstək üçün əsasdır.
Xatırlanır ki, Alyansın sammiti ərəfəsində ABŞ-nın NATO-dakı səfiri Metyu Uitaker yazın sonu və ya payızın əvvəlində Pentaqonun Amerika qoşunlarının Avropada yerləşdirilməsi ilə bağlı qiymətləndirməsinin başa çatacağını bildirib. Onun sözlərinə görə, istənilən dəyişiklik müttəfiqlərlə sıx koordinasiya şəraitində baş verəcək.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib ki, dövlətlər NATO ilə əməkdaşlığı dayandıra bilər. Onun sözlərinə görə, Alyansın müttəfiqləri müdafiə xərclərini ÜDM-nin 5 faizinə qədər artırmasa, Vaşinqton belə bir addım ata bilər.
Tramp qeyd edib ki, NATO-ya etimad vacibdir, lakin tərəfdaşlar razılaşmalara əməl etmədiyi təqdirdə zəmanətlər olmalıdır.
E. KAMAL
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:202
embedMənbə:https://reyting.az
archiveBu xəbər 03 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1422

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see706

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see549

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see472

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see462

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see450

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see444

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see409

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see380

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see348

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see311

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see300

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see294

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see288

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see281

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see280

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see264

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see261

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see260

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see249
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri