ABŞ də üç yaşlı uşaq anasının həyatını xilas etdi, ölkədə qəhrəmana çevrildi
Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Miçiqan ştatında üç yaşlı uşaq - Kodi Ceyms Uilyams qəhrəmanlıq göstərərək anasının həyatını xilas edib.
Oxu.Az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, azyaşlı anasının ciddi epilepsiya tutması zamanı soyuqqanlılığını qoruyub və nə etməli olduğunu bilib.
Kodi dərhal telefonu anasının üzünə tutaraq, kilidi açıb. Daha sonra qonşuya zəng edib və təcili yardım çağırıb.
Məlumata görə, uşaq əvvəllər də anasının oxşar vəziyyətlərini gördüyündən, bu cür hallarda necə davranacağını bilirmiş.
Hadisədən sonra yerli polis idarəsinin rəhbəri Maykl Buşar xüsusi mətbuat konfransı keçirərək, Kodini "kiçik müavin" adlandırıb və ona simvolik polis rütbəsi təqdim edib.
Polis rəisi bildirib ki, bu hadisə bütün valideynlərə fövqəladə hallarda uşaqlarına düzgün davranış qaydalarını öyrətməyin vacibliyini bir daha xatırladır.
Tədbirdə Kodiyə qarşıdan gələn ad günü münasibətilə hədiyyələr də təqdim olunub.


