ABŞ Azərbaycan İşçi Qrupuna Dövlət katibinin müavini Sonata Koulter rəhbərlik edəcək
Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycana ilk gəlişimdir və bu səfər üçün çox həvəsli idim. Regiona da ilk səfərimdir. 8 avqustda əldə olunan nailiyyəti qeyd etmək və onu necə daha da irəli apara biləcəyimizi müzakirə etmək üçün bu səfər vacib idi”.
ABŞ səfirliyindən APA-ya verilən xəbərə görə, bunu Dövlət katibinin siyasi məsələlər üzrə müavini Alison Huker Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla görüşdə bildirib.
Dövlət katibinin müavininin sözlərinə görə, Cənubi Qafqazda sülh və rifah üçün Prezident Trampın tarixi baxışını irəli aparmaq məqsədilə Bakıda olmaq onun üçün böyük şərəfdir: “Sizin indi qeyd etdiyiniz bütün ikitərəfli məsələlər haqqında fikir mübadiləsi aparmağı səbirsizliklə gözləyirəm.
Həmçinin prezidentlərimizin avqust ayında keçirilmiş tarixi sammiti barədə müzakirə etməyi səbirsizliklə gözləyirəm — ticarətdən enerji əməkdaşlığına, regional bağlantının və təhlükəsizliyin gücləndirilməsinədək. Bütün bu məsələlər həmin danışıqların və avqustda əldə olunmuş razılaşmanın tərkib hissəsidir və qarşımızda həm ölkələrimiz arasında, həm də Ermənistanla birlikdə görüləcək çox iş var.
Bu gün, həmçinin, bu danışıqları davam etdirəcək İşçi Qrupunun fəaliyyətə başlamasını elan etməkdən məmnunam. Dövlət katibinin müavini Sonata Koulter bu işçi qrupuna rəhbərlik edəcək. Bu, ABŞ və Azərbaycan arasında Strateji Tərəfdaşlıq Xartiyasının əsasını qoyacaq. Bu təşəbbüs, Azərbaycan və Ermənistan arasında tamhüquqlu sülh sazişinə doğru irəliləyişlə birlikdə, ikitərəfli münasibətlərimizi və tərəfdaşlığımızı daha da dərinləşdirəcək və Cənubi Qafqazın mühüm ticarət dəhlizi kimi potensialını açacaq”.
O qeyd edib ki, bu, hər iki xalq üçün imkanları genişləndirəcək və Prezident Trampın və Prezident Əliyevin liderliyi ilə bütün bu məsələlərin gerçəkləşdirilməsini təmin edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:46
Bu xəbər 19 Noyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















