Icma.az
close
up
RU
ABŞ Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir YENİLƏNİB

ABŞ Azərbaycan Ticarət Palatası 30 yaşını qeyd edir YENİLƏNİB

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 11 mart, AZƏRTAC

ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması” adlı beynəlxalq konfrans keçirilib. AZƏRTAC-ın məlumatına görə, konfransda Ağ Ev, ABŞ Dövlət, Ticarət departamentinin təmsilçiləri, Azərbaycanın dövlət rəsmiləri, ABŞ İxrac-İdxal Bankı (EXIM), ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyası (DFC) və ABŞ Ticarət və İnkişaf Agentliyinin (USTDA) yüksək vəzifəli nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən palatanın icraçı direktoru Natiq Baxışov ABŞ-Azərbaycna Ticarət Palatasının yaranmasından və 30 ildə əldə etdiyi nailiyyətlərdən danışıb və bildirib ki, iki ölkə həm də bu gün gələcəyə ortaq öhdəliyini bir daha təsdiqləyir. O, əlavə edib ki, ABŞ-Azərbaycan Ticarət Palatası tərəfdaşlıq, dialoq və imkanlar üçün vasitəçi kimi xidmət etməyə davam edəcək və ölkələrimiz arasındakı iqtisadi əlaqələrin gələcək onilliklərdə böyüməsini, inkişaf etməsini və uğur qazanmasını təmin edəcək.

Daha sonra çıxış edən palatanın Direktorlar Şurasının sədri Rza Vəziri bildirib ki, 30 il əvvəl Azərbaycanın müstəqillik qazanmasından sonra Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasındakı münasibətlər yeni formalaşmağa başlayırdı və o dövrdə iki ölkə, özəl sektor arasında körpü qurmaq və uzunmüddətli iqtisadi əlaqələri inkişaf etdirmək kimi aydın bir vizyon var idi. Rza Vəziri bildirib ki, ortaq maraq, etimad və fürsətə əsaslanan əməkdaşlıq son 30 ildə güclü və davamlı tərəfdaşlığa çevrilib və palata bu sahədə qürurla platforma kimi xidmət edib.

Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim ABŞ-Azərbaycan Ticarət Palatasının Ümummilli Lideri Heydər Əliyevin dəstəyi ilə yaradıldığını vurğulayıb. O bildirib ki, palatanın missiyası iki ölkə arasında daha geniş iqtisadi və biznes əməkdaşlığını araşdırmaq və asanlaşdırmaq, siyasi münasibətlərini tamamlamaqdır. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-yə son səfəri ikitərəfli əlaqələri və palatanın rolunu daha da gücləndirib. Daha sonra tədbir “İkitərəfli ticarət və strateji tərəfdaşlığın gücləndirilməsi” mövzusunda sessiya ilə davam edib.

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib ki, otuz il əvvəl Amerika şirkətləri Azərbaycanın enerji sektorunun inkişafında əsas rol oynayıblar. O, bildirib ki, bu gün tərəfdaşlığın növbəti mərhələsini yazmaq, əməkdaşlığı enerjidən texnologiyaya, infrastruktura, logistikaya, sənaye inkişafına və rəqəmsal transformasiyaya genişləndirmək fürsəti var. Nazir müavini vurğulayıb ki, əsas məqsəd ölkələrimiz arasındakı güclü siyasi impulsu konkret investisiya layihələrinə, daha dərin iqtisadi əməkdaşlığa və uzunmüddətli strateji tərəfdaşlığa çevirməkdir.

ABŞ Ticarət katibinin Sənaye və Təhlükəsizlik üzrə müavini Ceffri Kessler iki ölkə arasındakı münasibətlərin əvvəlkindən daha güclü olduğunu deyib və təkcə son bir ildə ABŞ-nin Azərbaycana ixracının 54 faiz artdığını vurğulayıb.

ABŞ Dövlət katibinin enerji və kritik minerallar üzrə köməkçisinin müavini Reqqi Sinx çıxışında bildirib ki, Prezident Trampın Prezident İlham Əliyevlə 8 avqustda keçirdiyi tarixi sülh sammiti sayəsində iki ölkə arasında münasibətlər ağlasığmaz səviyyədə dəyişib. O, bildirib ki, Cənubi Qafqazda sülhün açarlarından biri Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutunun yaradılması olub və bunun uzun müddət bağlı olan regional ticarət yollarını bərpa edəcəyini diqqqətə çatdırıb. SOCAR-ın prezidenti Rövşən Nəcəf SOCAR-ın ABŞ-dəki layihələrə çıxış əldə etməkdə və onlarda pay əldə etməkdə çox maraqlı olduğunu deyib və ABŞ-də bir neçə tərəfdaşla aktiv müzakirə aparıldığını söyləyib.

Milli Məclisinin Beynəlxalq əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, bütün bu müsbət dinamika iki ölkənin birlikdə quracağı yolun sadəcə başlanğıcıdır.

Daha sonra tədbir federal qurumların təmsilçiləri, biznes nümayəndələri, Azərbaycan rəsmilərinin iştirakı ilə ikitərəfli əlaqələrin müxtəlif aspektləri əhatə edən digər panel müzakirlərlə davam edib.

17:55

ABŞ-nin paytaxtı Vaşinqtonda ABŞ-Azərbaycan Ticarət Palatasının 30 illiyinə həsr olunmuş “Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət və Biznes Gündəliyi: Bazarların Birləşdirilməsi - Gələcəyin Qurulması" adlı beynəlxalq konfrans keçirilir.

AZƏRTAC-ın məlumatına görə, tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, energetika nazirinin müavini Orxan Zeynalov, Milli Məclisin Beynəlxalq Əlaqələr Komitəsinin sədri Səməd Seyidov, SOCAR-ın prezidenti Rövşən Nəcəf təmsil edir. Konfransa ABŞ Ticarət katibinin Sənaye və Təhlükəsizlik üzrə müavini Ceffri Kessler və ABŞ Dövlət katibinin enerji və kritik minerallar üzrə köməkçisinin müavini Reqqi Sinx də qatılıb.

İkitərəfli ticarət və investisiya prioritetlərini inkişaf etdirmək və ABŞ-Azərbaycan iqtisadi əməkdaşlığının növbəti mərhələsini formalaşdırmaq məqsədi daşıyan tədbir yüksəkvəzifəli dövlət rəsmilərini, investorları və digər maraqlı tərəfləri müzakirələrə cəlb edir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Mart 2026 08:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri