Icma.az
close
up
RU
ABŞ Azərbaycana 4,6 milyon dollar ödəyib HESABAT

ABŞ Azərbaycana 4,6 milyon dollar ödəyib HESABAT

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın 2025-ci ilin yekunlarına dair buraxılışı dərc edilib.

Modern.az xəbər verir ki, icmala əsasən, 2025-ci ilin yanvar-dekabr aylarında  Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artaraq 3,6 milyard ABŞ dolları təşkil edib. Bu dövrdə yeyinti məhsulları üzrə ixrac 18,4% artaraq 1,2 milyard ABŞ dollarına bərabər olub.

2025-ci ilin yanvar-dekabr aylarında ixrac olunan şəkər əvvəlki ilin müvafiq dövrünə nəzərən 57,4%, meyvə-tərəvəz 27,4%, alüminium və onlardan hazırlanan məmulatlar 24,2%, pambıq iplik 19,3%, kimya sənayesi məhsulları 8%, bitki və heyvan mənşəli piylər və yağlar 2% artıb.

Ötən il aqrar məhsullar üzrə ixrac 26,7% artaraq 1 milyard ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 314,7 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 18,9% artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.

Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl ( 326,2 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (192,5 milyon ABŞ dolları) ikinci, karbamid (170,8 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2025-ci ilin dekabr ayı ərzində ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında xurma  (36,4 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda qızıl (29,2 milyon ABŞ dolları) ikinci, qabığı təmizlənmiş meşə fındığı ( 20,3 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

Ötən ilin on iki ayında Rusiya Federasiyasına 1,2 milyard ABŞ dolları, Türkiyəyə 597,3 milyon ABŞ dolları, Gürcüstana 347,9 milyon ABŞ dolları,  İsveçrəyə 347,8 milyon ABŞ dolları, Ukraynaya isə 201 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2025-ci ilin dekabr ayında Rusiya Federasiyasına 96,3 milyon ABŞ dolları, Türkiyəyə 51,2 milyon ABŞ dolları, Gürcüstana 41,4 milyon ABŞ dolları, İsveçrəyə 32,9 milyon ABŞ dolları, Ukraynaya isə 10,8 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.

2025-ci ilin yanvar-dekabr ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda aşağıdakı şirkətlər təmsil olunublar: "Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi, "Prime Cotton” MMC, "Baku Steel Company" QSC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, “TABATERRA” QSC, “STP Alüminium” MMC,"Export Stream" MMC,"P-AQRO" MMC,"KHAN-EL" MMC, “AGRARCO” MMC.

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus olan şirkətlərin siyahısına ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi başçılıq edir. Daha sonra bu siyahıda aşağıdakı şirkətlər təmsil olunublar: “SOCAR Polymer” MMC, “AzerGold” QSC, “Azəralüminium” MMC, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, “Socar-Dalğıc” MMC, "İstisu" mineral su zavodu MMC, "Azərbaycan Dəmir yolları" QSC, “SOCAR CAPE” MMC.

2025-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 43 ölkəsinə 18,1 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib. “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 66%-ni təşkil edib. 2025-ci ilin dekabr ayında isə “Azərkosmos” dünyanın 35 ölkəsinə 1,7 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.

Hesabat dövründə peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 4,6 milyon ABŞ dolları ilə Birləşmiş Krallıq, 3,5 milyon ABŞ dolları ilə Lüksemburq, 1,3 milyon ABŞ dolları ilə İsveç, 861 min ABŞ dolları ilə Türkiyə, 823,9 min ABŞ dolları ilə Nigeriya qərarlaşıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Yanvar 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see263

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see262

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see241

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see233

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see230

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see224

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see221

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see220

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see206

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see203

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see197

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see193

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see186

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see183

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see182

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see175

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see174

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see168

Elm sərhədləri aşır: Bakı beynəlxalq tibb dünyasını bir araya gətirəcək

02 Oktyabr 2026 21:47see157

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri