Icma.az
close
up
RU
ABŞ Azərbaycana erməniəsilli səfir göndərir?

ABŞ Azərbaycana erməniəsilli səfir göndərir?

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Məlum olduğu kimi, bir müddət əvvəl Ağ Ev ABŞ-nin Azərbaycandakı yeni səfiri postuna Aleksandr Aldenin namizədliyini irəli sürüb.

“Qafqazinfo” “Musavat.com”a istinadən xəbər verir ki, yeni səfirin namizədliyi ətrafında müzakirələr başlayıb. 

Belə ki, “Ermənistanın səsi” nəşri onun erməni kökənli olduğunu iddia edib. Aldenin valideynlərinin Amerikaya qaçan sovet siyasi mühacirləri olduğu deyilir.

Xatırladaq ki, Bakıdakı səfir postu 2024-cü ilin dekabrında Mark Libbinin ağır xəstəliyi səbəbindən ölkəmizdən getməsindən sonra boşdur. Nəşr bu xüsusda yazıb: “Ağ Ev iki əsas səbəbdən yeni səfir tapmaqda çətinlik çəkirdi. Birincisi, İran böhranı planları pozmuşdu. Azərbaycanın da daxil olduğu regiondakı mürəkkəb vəziyyət ABŞ administrasiyasının Bakıya qarşı strategiyasını effektiv şəkildə həyata keçirmək üçün optimal namizədi tez bir zamanda seçməsinə mane oldu. İkincisi, Trampın ikinci müddəti ərzində təxminən 2000 yüksəkixtisaslı işçi ABŞ diplomatik xidmətindən istefa verdi və ya yeni rəhbərlik tərəfindən işdən çıxarıldı. Bu səbəbə 100-dən çox ölkədə ABŞ səfirlik vəzifələri boş qalır. Onların arasında Azərbaycan və Ermənistan da var”.

Erməni KİV-i Aldenin Senatda təsdiqlənəcəyinə şübhə etmir: “Bu diplomat maraqlı fiqurdur. Nisbətən gənc yaşına baxmayaraq, diplomatik, hərbi analitik və texnoloji sahələrdə geniş təcrübəyə malikdir. Aleksandr Alden Pentaqonda Müdafiə Katibinin nüvə üzrə xüsusi köməkçisi vəzifəsində çalışıb. O, həmçinin Milli Təhlükəsizlik Şurasında (MTŞ) çalışıb və direktor kimi müdafiə siyasəti və strategiyasına, eləcə də qabaqcıl texnologiyalara nəzarət edib. Dövlət Departamentində Alden Avropa və Asiya ölkələri ilə münasibətlərə diqqət yetirib və xüsusilə Çinə qarşı mübarizə strategiyasının hazırlanmasında iştirak edib. O, həmçinin dövlət katibinin köməkçisi vəzifəsində çalışıb. Alden həmçinin bir neçə müstəqil Amerika mənbəyinə görə, İsraillə sıx əlaqələri olan böyük İT şirkəti olan “Palantir Technologies” ilə əməkdaşlıq edib”. 

Qəzetin qənaətincə, etnik mənsubiyyət heç nə demək deyil: “Alden ilk növbədə və yalnız təmsil etdiyi ölkənin maraqlarını rəhbər tutan amerikalı mütəxəssis, diplomat və məmurdur”.

Bütün hallarda, ABŞ-nin göndərəcəyi səfirin erməni kökənli olması Bakı üçün işğal dönəmindəki qədər önəm kəsb edirmi?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Azərbaycanla ABŞ arasında münasibətlərin inkişaf etdiyini açıqlayıb. Onun sözlərinə görə, müstəqillik illərində heç zaman olmadığı qədər əlaqələr yüksəlişdədir. Ç.Qənizadə hesab etmir ki, namizədliyi irəli sürülən səfirin şəcərəsi və ya etnik mənsubiyyəti Bakı-Vaşinqton əlaqələrinə mənfi təsir göstərə bilər. Onun fikrincə, söhbət bir diplomatdan gedir: “Onun missiyası vətəndaşı olduğu dövlətə xidmət etməkdir. Hətta etnik kimliyi erməni olsa belə, o demək deyil ki, mənsub olduğu xalqın maraqlarını ifadə edəcək. Səfirin vəzifəsi ölkəsini və maraqlarını təmsil etməkdir. Hərçənd Senat onun namizədliyinə cavab verməyib. Əlbəttə ki, burada aqreman da vacibdir. Yəni Azərbaycan dövləti həmin namizədlə bağlı rəy verməlidir”.

Bundan əlavə, Ç.Qənizadəyə görə, səfir təyinatında həmişə erməni tərəfi əngəl olmağa çalışıb. Sabiq səfir Metyu Brayzanı yada salan komitə sədrinin fikrincə, ABŞ-dəki erməni lobbisi belə məsələlərdə təsir göstərməyə çalışır:

“Brayzanın təyinatının təsdiq olunması uzun vaxt almışdı. Erməni lobbisi onun Azərbaycana səfir gəlməsinə mane olurdu. İndi isə yeni vəziyyət yaranıb. Əgər səfir postuna namizəd etnik mənsubiyyətinə görə ermənidirsə, bu, Azərbaycan üçün az əhəmiyyət kəsb edəcək. Çünki ümdə gələn məsələ ABŞ ilə münasibətlərin inkişafıdır. İki ölkə arasında strateji tərəfdaşlıq var, xartiya imzalanıb, Cənubi Qafqazda sülhün dayanıqlı olmasına ABŞ hökuməti dəstək verir və belə şəraitdə səfirin etnik kimliyi nəyisə dəyişmir. Çünki Tramp Azərbaycan rəhbərliyinə böyük hörmət bəsləyir və qarşıda vacib layihələr var”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:134
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 İyun 2026 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see269

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see187

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see187

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see186

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see178

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see177

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see176

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see175

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see175

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see175

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see174

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see173

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see171

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see171

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see170

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see169

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see167

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see166

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see165

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri