Icma.az
close
up
RU
ABŞ yenə də Azərbaycana səfir təyinatını gecikdirəcək?

ABŞ yenə də Azərbaycana səfir təyinatını gecikdirəcək?

Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi yanvarın 18-də ölkəsinə qayıdıb. O, səhhətində olan problemlərlə əlaqədar vəzifəsini tərk edib.

Hələlik ABŞ-nin Azərbaycanda səfiri yoxdur. Əvvəllər ABŞ Azərbaycana səfir təyinatını müxtəlif səbəblərdən gecikdirib. Məsələn Mark Libbinin təyinatına qədər 1 ildən çox ABŞ-nin Azərbaycandakı səfirliyi başsız qalıb. 

Qeyd edək ki, bundan əvvəl də ABŞ Azərbaycana səfir təyinatını gecikdirib. Buna səbəb kimi Senatda olduqca güclü təsirləri olan erməni lobbisinin fəaliyyəti göstərilir. 2009-cu ilin yanvarında ABŞ-ın Azərbaycandakı səfiri Enn Dörsinin səlahiyyət müddəti başa çatdı. Növbəti səfir Riçar Morninqstarın təyinatı bundan 3 il sonra təsdiqləndi. 

Bu müddət ərzində Prezident Barak Obama Metyu Brayzanı Senatın icazəsi olmadan təyin etdi və bir ildən sonra Senat onun müddətinin uzadılmasına icazə vermədi. Erməni lobbisinin təsiri altında olan senatorlar Azərbaycan və Türkiyə ilə yaxın əlaqələri olduğu üçün Brayzanın səfir təyin edilməsinə razılıq vermədi. Erməni lobbisi ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri olan Brayzanın həyat yoldaşının türk olmasını əsas gətirərək onun fövqəladə və səlahiyyətli səfir təyin edilməsinə imkan vermədi.

Modern.az-a danışan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli bildirib ki, ABŞ-nin Azərbaycana səfir təyinatının bu dəfə də uzanmasının heç bir əsası yoxdur:

“Tramp tərəfindən ABŞ-nin ölkəmizə yeni səfirinin təyin edilməsinin uzanması üçün heç bir mane yoxdur. ABŞ-nin hər iki palatasında respublikaçılar əsas söz sahibidirlər. Səfirin təyinatında, əgər o, prinsip etibarilə Azərbaycanda fəaliyyət göstərməyə layiqdirsə, iki ölkə arasında hər hansı problem yaratması ilə bağlı ehtimallar yoxdursa, onun təyinatında qənaətimə görə heç bir problem olmamalıdır. Tramp administrasiyası tərəfindən təyinat olarsa, qənaətimə görə, onun qarşısını almaq üçün heç bir ehtimal yoxdur”.

Deputat vurğulayıb ki, səfirin personası Azərbaycana uyğun olmasa, onu qəbul etməyə bilərik:

“Şübhəsiz ki, istənilən səfir öz ölkəsinin maraqlarını təmin edir. Onun ictimai-siyasi, mədəni həyatında  iştirakı  eyni zamanda həm də öz ölkəsinə divident qazandırır. ABŞ-nin bir-iki istisna olmaqla əvvəlki dövrlərdə Azərbaycanda fəaliyyət göstərən səfirləri kifayət qədər fəal olublar. Azərbaycan dövlət quyrumlarının müəyyən strukturları ilə əməkdaşlıq ediblər.  İndiki halda hər şey Ağ Evin yürütdüyü siyasətdən asılıdır.  Eyni siyasət səfir tərəfindən həyata keçirəcək. Mən bunun müsbət olacağını düşünürəm. Səfirlər müstəqil adamlar deyil ki, özləri istədikləri şəkildə qərarlar versinlər. Amma sədirin  personası şübhəsiz ki, əhəmiyyətlidir.  Səfirin personası hansı cəhətdənsə, Azərbaycana uyğun gəlmirsə, bu zaman həmi  səfiri Azərbaycan qəbul etməyə bilər. Öncədən bu diplomatik yazışmalarla həll olunan məsələlərdir”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://modern.az
archiveBu xəbər 15 Fevral 2025 15:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see314

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see309

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see293

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see289

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see287

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see286

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see281

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see275

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see272

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see264

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see247

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see243

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see240

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see234

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see229

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see229

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see228

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see216

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri