Icma.az
close
up
RU
ABŞ Azərbaycanla hərbi əməkdaşlığın əlavə formalarını da nəzərdən keçirəcək Keçmiş səfir

ABŞ Azərbaycanla hərbi əməkdaşlığın əlavə formalarını da nəzərdən keçirəcək Keçmiş səfir

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

"ABŞ ilə Azərbaycan hökumətləri ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyasını iki ölkə arasında münasibətləri yeni mərhələyə çıxaran, strateji tərəfdaşlığın əsasını qoyan mühüm sənəd kimi xarakterizə edirlər. Bu ton mənim ABŞ rəsmisi kimi Azərbaycanla işlədiyim bütün illər ərzində eşitdiyim yanaşmadan xeyli fərqlənir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza ABŞ ilə Azərbaycan arasında imzalanan Strateji Tərəfdaşlıq haqqında Xartiyanı şərh edərkən bildirdi.

"Bir tərəfdən demək olar ki, xartiyanın məzmunu ABŞ və Azərbaycanın uzun illərdir üzərində çalışdığı istiqamətlərdən ciddi şəkildə fərqlənmir. Məsələn, sənədin əsas sütunlarından biri regional bağlantıdır. Buraya “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu”, yaxud Zəngəzur dəhlizi daxildir. ABŞ və Azərbaycan bu istiqamətdə hələ Prezident Bill Klinton administrasiyası dövründən əməkdaşlıq edir. Məhz həmin dövrdə regiona cəlb olunmağım Bakı-Tiflis-Ceyhan neft kəməri və Cənubi Qafqaz qaz kəmərinin reallaşması üçün ölkələr və şirkətlər arasında razılaşmaların əldə olunmasına yönəlmiş əməkdaşlıqla bağlı idi. Bildiyimiz kimi, həmin qaz kəməri sonradan genişlənərək Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizinə çevrildi. Yəni bu layihələr üzərində uzun müddətdir işləyirik", - deyə o, qeyd etdi.

Müsahibimiz fərqin Tramp administrasiyasından gələn ritorikanın olduğunu vurğuladı:

"ABŞ-nin bu regional bağlantı layihələrinə investisiya və Amerika biznesinin iştirakı baxımından uzunmüddətli öhdəlik götürmək niyyəti vurğulanır. Keçmiş əməkdaşlığa bənzəyən, amma eyni zamanda yeni elementlər də ehtiva edən ikinci sütun iqtisadi və texnoloji investisiyalardır. Enerji bu istiqamətdə əsas komponentdir və qeyd etdiyim kimi, ABŞ və Azərbaycan bu sahədə 1990-cı illərin ortalarından birgə çalışır. Lakin indi elektrik enerjisi, mülki nüvə energetikası və kritik minerallar sahəsində daha geniş əməkdaşlıqdan danışılır. Bu, yeni və müsbət haldır. Texnoloji əməkdaşlıq baxımından yeniliklərdən biri də süni intellektdir. Mənim ehtimalıma görə, bu, ABŞ investisiyalarını – o cümlədən məlumat mərkəzlərinin qurulmasını və texnoloji kadr potensialının formalaşdırılmasını əhatə edəcək. Beləliklə, yeni elementlər onilliklər ərzində qurulmuş əməkdaşlığın üzərində formalaşır. Üçüncü mühüm sütun təhlükəsizlik və müdafiə əməkdaşlığıdır. Xartiya bu sahədə yeni mərhələni vurğulayır. Sənəddə ABŞ müdafiə satışları, məsələn, patrul katerləri və fərdi qoruyucu vasitələr kimi istiqamətlərin mümkünlüyündən bəhs olunur. Bu, əslində yeni deyil 2011-2012-ci illərdə Azərbaycanda səfir kimi çalışdığım dövrdə və ondan əvvəlki illərdə də ABŞ bu cür dəstək göstərirdi. Amma indi düşünürəm ki, ABŞ hərbi əməkdaşlığın əlavə formalarını da nəzərdən keçirəcək, baxmayaraq ki, bu, hələ konkretləşdirilməyib. Təhlükəsizlik sahəsində uzun illərdir davam edən terrorla mübarizə və humanitar minatəmizləmə əməkdaşlığı da sənəddə yer alır. Yeni məqam isə kibertəhlükəsizlik sahəsində Azərbaycan hökuməti ilə əməkdaşlığa dair ABŞ öhdəliyidir".

Diplomatın fikrincə, Prezident Trampın əsas motivasiyalarından biri özünü və ABŞ-ni Azərbaycanla Ermənistan arasında sülh sazişinin vasitəçisi kimi təqdim etməkdir.

"Hamımıza məlumdur ki, Prezident Tramp ötən il avqustun 8-də Prezident Əliyev və Baş nazir Paşinyanı Ağ Evdə qəbul etməzdən aylar, hətta illər əvvəl Azərbaycan və Ermənistan intensiv danışıqlar aparırdı və ötən ilin martında sülh müqaviləsinin mətni artıq razılaşdırılmışdı. Bununla belə, Prezident Trampın şəxsi iştirakı və Strateji Xartiya, məncə, bu prosesi sürətləndirməyə və yenidən canlandırmağa, sazişin yekunlaşdırılmasına təkan verə bilər. Nəhayət, Strateji Xartiya Prezident Trampın ABŞ biznesinə, investisiyalarına və biznes iştirakına – bu halda Cənubi Qafqaz regionunda – necə baxdığını əks etdirir. Onun fikrincə, bu iştirak ABŞ-nin strateji təsirinin genişlənməsində və digər ölkələrin regiona müdaxilə etməsinin və ya sabitliyi pozmasının qarşısının alınmasında mühüm rol oynaya bilər. Azərbaycan kontekstində burada İranın və ya Rusiyanın Ermənistan-Azərbaycan sülh prosesini sabitlikdən çıxarmaq cəhdləri nəzərdə tutula bilər.

Prezident Trampın əsas məqsədi Rusiya təsirini, İranın destruktiv fəaliyyətini və ya Çin təsirini məhdudlaşdırmaqdan daha çox, Cənubi Qafqazın sabit qalmasını təmin etməkdir. O istəyir ki, heç bir xarici güc regionda dominant mövqe tutmasın və ABŞ investorlarının azərbaycanlı tərəfdaşlarla birgə sərvət, iş yerləri və iqtisadi artım yaratması, eyni zamanda hər iki tərəfin şirkətləri üçün mənfəət əldə etməsi üçün əlverişli mühit formalaşsın", - deyə Metyu Brayza yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Fevral 2026 19:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri