ABŞ bazalarına hücum etmək İsrail ərazisini vurmaqdan daha asandır İrandan XƏBƏRDARLIQ
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
"İran silahlı qüvvələrinin Yaxın Şərqdəki ABŞ hərbi bazalarına hücumu İsraildəki hədəfləri vurmaqdan daha asan olardı".
Redaktor.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı yüksək rütbəli İran rəsmisinə istinadla məlumat yayıb.
Vaşinqtonun münaqişəyə mümkün müdaxiləsindən danışan telekanalın adını açıqlamayan mənbəsi “Regiondakı Amerika bazalarına hücum etmək İsrail ərazisini vurmaqdan daha asandır” deyib.
"Biz ABŞ-ni ciddi şəkildə xəbərdar edirik ki, münaqişəyə müdaxilə onun Yaxın Şərqdəki maraqlarını təhlükə altına salacaq", - İran rəsmisi qeyd edib. O vurğulayıb ki, ABŞ-nin münaqişədə iştirakı onu regional səviyyəyə daşıyacaq.
Turan İSMAYIL
Bu mövzuda digər xəbərlər:İrandan Paşinyana XƏBƏRDARLIQ
07 Fevral 2025 08:32
Netanyahu: “İsrail ABŞ ni İrandan qoruyur”
07 Oktyabr 2025 11:13
“İsrail Qəzzanın bütün ərazisini nəzarətə götürəcək”
19 May 2025 14:37
İsrail HHM sistemləri öz ərazisini vurdu
17 İyun 2025 01:47
İsrail Suriyanın bu ərazisini ƏLƏ KEÇİRDİ
08 Dekabr 2024 19:13
Baxış sayı:90
Bu xəbər 21 İyun 2025 23:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















