ABŞ benzinin ucuzlaşdırılması üçün fövqəladə tədbir görür
Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.
ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) sentyabrın 1-dən avtomobil yanacağına dair ekoloji tələblərin müvəqqəti yumşaldılacağını açıqlayıb.
APA xəbər verir ki, qərarın məqsədi daxili bazara benzin tədarükünü artırmaq və yanacaqdoldurma məntəqələrində yüksələn qiymətləri azaltmaqdır.
Yeni qayda sentyabrın 1-dən 15-dək qüvvədə olacaq. Bu müddətdə tərkibində 10% etanol olan E10 benzinin daha yüksək buxarlanma təzyiqi ilə satışına icazə veriləcək.
ABŞ rəsmiləri hesab edirlər ki, qış yanacağı standartlarına vaxtından əvvəl keçid ölkənin daxili bazarına sutkada yüz minlərlə barel əlavə benzin çıxarmağa və qiymətləri aşağı salmağa imkan verəcək.
Qeyd edək ki, hazırda ABŞ-da benzinin orta qiyməti gallon üçün (3,785 litr) təxminən 4,1 dollar, Kaliforniyada isə 5,6 dollara yaxındır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 21 Avqust 2026 04:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















