ABŞ bir il ərzində 13 yeni nəsil nüvə reaktorunu işə salmağı planlaşdırır
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
ABŞ yaxın bir il ərzində təxminən 13 yeni nəsil nüvə reaktorunu istismara verməyi planlaşdırır.
APA xəbər verir ki bu barədə ABŞ-ın energetika naziri Kris Rayt Vaşinqtondakı Atlantik Şurasının təşkil etdiyi enerji forumunda çıxışı zamanı bildirib.
“Beş gün əvvəl yeni nəsil nüvə reaktorlarımızdan biri kritik mərhələyə çatdı. Hesab edirik ki, iyulun 4-dək daha iki belə reaktor istifadəyə veriləcək. Bundan əlavə, növbəti 12 ay ərzində işə salınması nəzərdə tutulan daha 10 layihə üzərində iş gedir”, - deyə Rayt bildirib.
Nazir vurğulayıb ki, ABŞ yeni nəsil nüvə texnologiyalarını inkişaf etdirməyə və iri nüvə reaktorlarının tikintisi üçün potensial yaratmağa davam edəcək.
ABŞ, Kris Rayt, nüvə energetikası, nüvə reaktoru, Atlantik Şurası, enerji
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:184
Bu xəbər 10 İyun 2026 04:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















