Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
Icma.az xəbər verir, Milli.az saytına əsaslanaraq.
Qış aylarında avtomobili idarə etməzdən əvvəl mühərrikin qızdırılması məsələsi aktuallığını qoruyur. Lakin yeni nəsil avtomobillərdə bu proses daha az vaxt tələb edir.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı avtomobil mütəxəssisi Dmitri Slavnov Ura.ru saytına müsahibəsində deyib.
Ekspertin sözlərinə görə, avtomobilin qızdırılması zərurəti şaxtalı havalarda yanacaq qarışığının çətin əmələ gəldiyi karbüratorlu mühərriklərin istifadə olunduğu dövrdən yaranıb.
"İndiki injektorlu avtomobillərin əksəriyyətində yanacağın verilməsinə mühərrikin işini idarə edən elektron sistem nəzarət edir. Buna baxmayaraq, soyuq havada mühərriki işə saldıqdan dərhal sonra qaz pedalına basmaq məsləhət görülmür", - deyə ekspert bildirib.
Slavnov qeyd edib ki, mühərrikin qızdırılması üçün ən uyğun müddət havanın temperaturundan asılı olaraq 3-5 dəqiqədir.
Onun sözlərinə görə, bu müddət ərzində mühərrik qismən qızır və mühərrik yağı sistemin bütün hissələrinə yayılır.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 15 Noyabr 2026 01:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















