ABŞ bu ölkələri İrana yeni hücumun vaxtı barədə xəbərdar edib
Icma.az, Azpost saytına istinadən bildirir.
ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi əməliyyatların başlanması ehtimalı barədə Fars körfəzi regionunun bir sıra ölkələrini məlumatlandırıb.
“The Wall Street Journal” qəzetinin mənbələrə istinadən yaydığı xəbərə görə, Vaşinqton regiondakı tərəfdaşlarını İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniyanın mümkünlüyü barədə xəbərdar edib.
Məlumata əsasən, Pentaqon təhlükə altında qala biləcək Yaxın Şərqdəki bəzi hərbi bazalardan amerikalı hərbçiləri təxliyə edib.
Eyni zamanda regionda yerləşdirilən ABŞ qüvvələrinin sursat ehtiyatları artırılır, bombardmançı və qırıcı təyyarələr mümkün hücumlara hazırlanır.
Nəşrin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası barədə hələlik yekun qərar qəbul etməyib.
Bununla belə, mənbələr Trampın seçkilərdən sonra İrana qarşı genişmiqyaslı hücum variantına meyilləndiyini bildirirlər.
Mümkün əməliyyatların hədəfləri arasında İranın infrastrukturu və nüvə obyektlərinin də ola biləcəyi qeyd olunur.
Post navigationPrevious: “Tezliklə Putin və Zelenski ilə görüş keçiriləcək, böyük irəliləyiş əldə edirik” – TRAMP
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 28 Oktyabr 2026 10:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















