ABŞ İrana yeni hücumu: Körfəz ölkələri xəbərdar edildi
Yenisabah portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən sonra İrana qarşı yeni hərbi əməliyyatların başlanması ehtimalı barədə Fars körfəzi regionunun bir sıra ölkələrini məlumatlandırıb.
"Yeni Sabah" The Wall Street Journal-a istinadla xəbər verir ki, Vaşinqton regiondakı tərəfdaşlarını İrana qarşı qısamüddətli, lakin intensiv hərbi kampaniyanın mümkünlüyü barədə xəbərdar edib.
Pentaqon təhlükə altında qala biləcək Yaxın Şərqdəki bəzi hərbi bazalardan amerikalı hərbçiləri təxliyə edib. pizza
Regionda yerləşdirilən ABŞ qüvvələrinin sursat ehtiyatları artırılır, bombardmançı və qırıcı təyyarələr mümkün hücumlara hazırlanır.
ABŞ Prezidenti Donald Tramp hərbi əməliyyatların bərpası barədə hələlik yekun qərar qəbul etməyib.
Mənbələr Trampın seçkilərdən sonra İrana qarşı genişmiqyaslı hücum variantına meyilləndiyini bildirirlər.
Mümkün əməliyyatların hədəfləri arasında İranın infrastrukturu və nüvə obyektlərinin də ola biləcəyi qeyd olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 28 Oktyabr 2026 08:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















